Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / Aktual / Füzulidə kütləvi yoxlamalara başlanıldı: Dövlət Məşğulluq Agentliyi sosial işçilərin işini təftiş edir – Alı Alıyev nədən narahatdır?

Füzulidə kütləvi yoxlamalara başlanıldı: Dövlət Məşğulluq Agentliyi sosial işçilərin işini təftiş edir – Alı Alıyev nədən narahatdır?

İki gün öncə RealMedia.az saytı olaraq “Alı Alıyevin ictimai korrupsiyası – İcra başçısının həbsinə yetəcək faktlar…” başlıqlı yazı dərc etmişdik.Yazıda Füzuli rayonunda haqqı ödənilən ictimai işlərə cəlb olunmuş kimi göstərilən 342 nəfərin əksəriyyətinin işə çıxmadıqları, məşğulluqlarını başqa sahələrdə təmin etdiklərindən kasıbçılıq meyarlarına uyğun gəlməyən “sosial işçilərin” adlarını əks olunurdu. Eləcə də qeyd etmişdik ki, rayonda sosial durumu aşağı olan, bu cür işlə təmin olunmaq üçün müraciət etmiş xeyli işsiz, kasıblıq həddindən də aşağı həyat tərzi keçirən vətəndaşlar varkən, ayrı-ayrı  imkanlı şəxslərin adları sosial işçi kimi müxtəlif idarə və müəssisələrə yazılıb.RealMedia.az xəbər verir ki, dərc etdiyimiz yazıyla əlaqədar olaraq bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən kütləvi yoxlamalara başlanılıb.Artıq Dövlət Məşğulluq Agentliyin 17 saylı filialının əməkdaşları kütləvi yoxlamalar aparmaq üçün Füzuli rayonunda olub, kənd və qəsəbələrdə sosial işçilərin işə davamiyyətini yoxlayır. Mənbə iddia edir ki, aparılan yoxlamalar zamanı Baytarlıq, Qaz, İşıq, kənd təsərrüfatı və su təminatısahələrində haqqı ödənilərək ictimai işlərə cəlb olunan işçilərin işə gəlmədikləri müəyyən olunub və adları yazılaraq götürülüb.Mənbə onu da iddia edir ki, yoxlama zamanı maraqlı epizod da yaşanıb. Belə ki, Böyük Bəhmənil kəndinin ərazi icra nümayəndəsi qəflətən təftişçiləri qarşısında gördüyündən dili dolaşıb və onlara  “yoxlama olacağını bilməmişik, əgər bilsəydik işçilərə əvvəlcədən xəbər göndərərdik işə çıxardılar”  deyə vəziyyətdən çıxmağa çalışıb.Redaksiyadan: RealMedia.az olaraq aparılan yoxlamalarla bağlı bilgi əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə rəsmi sorğu məktubu ünvanlamışıq. Həmin sorğumuza cavab aldıqdan sonra ictimaiyyəti daha geniş şəkildə məlumatlandıracağıq.

Həmçinin oxuyun

ANAMA rəhbərindən mina xəritələri ilə bağlı açıqlama

“Məlum olduğu kimi ötən həftə Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər müəyyən ərazilərinin …