Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Füzuli Məmmədovun Azərbaycandakı təmsilçisindən reaksiya: “Bizim fəaliyyətimiz davam edir…”

Füzuli Məmmədovun Azərbaycandakı təmsilçisindən reaksiya: “Bizim fəaliyyətimiz davam edir…”

Azinforum.az saytında Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Füzuli Məmmədovun (Frenk Elkapone) diaspor fəaliyyətinə son qoyduğunu bəyan etməsilə bağlı yayılan məlumata reaksiya verilib.

Füzuli Məmmədovun Azərbaycandakı təmsilçisi Nərmin Cəfərova Azinforum.az-a açıqlamasında bildirib ki, Füzuli Məmmədov bütün istiqamətlər üzrə, həmçinin diaspor sahəsindəki fəaliyyətini uğurla davam etdirir:

“Sizin saytın yaydığı səs yazısı doğrudan da Füzuli müəllimə məxsusdur. Amma həmin səs yazısı bir neçə ay bundan əvvəl yayılıb. Təşkilatın üzvlərinin qapalı qrupunda edilən söhbəti mediaya təqdim edənlər heç də xoş niyət güdmürlər. Ola bilər ki, Füzuli müəllimin həmin vaxt səsləndirdiyi fikirlərdə inciklikdən doğan hansısa notlar olsun. Amma onun rəhbəri olduğu təşkilatın özünü buraxması və Füzuli Məmmədovun diaspor fəaliyyətindən kənara çəkilməsi baş verməyib. Əksinə, Füzuli Məmmədov daha böyük işləri görməyi hədəfləyir. Pandemiya ilə bağlı yollar bağlı olduğu üçün, onun Bakıya növbəti səfəri ləngiyib. Aviareyslər bərpa olan kimi Füzuli Məmmədovun Azərbaycana səfəri reallaşacaq və biz hamı üçün sürpriz olacaq bəzi layihələrimizi reallaşdıracayıq”.

Azinforum.az olaraq bildiririk ki, bizim yaydığımız materialda Füzuli Məmmədov tərəfdarlarına müraciət edərək, rəhbəri olduğu təşkilatın fəaliyyətini dondurduğunu özünün disapor fəaliyyətindən tammilə kənarlaşdığını bəyan edir. Qeyd edək ki, Nərmin Cəfərova saytımıza geniş videoaçıqlama da verib, həmin materialı da təqdim edəcəyik.

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …