Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı – Varis planı işə salınır (Şok səs yazısı)

Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı – Varis planı işə salınır (Şok səs yazısı)

Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) diaspor fəaliyyətinə son qoyduğunu bəyan edib. Bu barədə Füzuli Məmmədov və onun rəhbəri olduğu qurumlar tərəfindən hələ ki, rəsmi bəyanat verilməyib. Azinforum.az Füzuli Məmmədovun yaxın ətrafına sosial  şəbəkələr üzərindən etdiyi müraciətin səs yazısını əldə edib.

Füzuli Məmmədovun öz yaxın ətrafı ilə etdiyi söhbət zamanı bir il əvvəl təsis etdiyi  Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) fəaliyyətini dondurduğunu və özünün də diaspor fəaliyyətindən kənarlaşdığını bəyan edib. Xatırladaq ki, bu qurum təsis ediləndə Füzuli Məmmədov və komandası RAİ-nin Rusiyadakı azərbaycanlıları öz ətrafında birləşdirəcək ən ciddi  diaspor təşkilatı olacağını bəyan edirdilər.

Biz Azinforum.az saytı olaraq  obyektiv təhlillərə  söykənərək, sözügedən qurumun ciddi perspektivə malik olmayacağını daima bəyan etmişik.  Qeyd edək ki, elə yarandığı gündən az keçməmiş RAİ-dən  “yarpaq tökümü” başladı. Sibir regionunu təmsil edən  Mirkazım Seyidov qurumdan istefa verdi. Qurumun Ryazan bölməsinin rəhbəri Elşən Əliyev, Komi Respublikasındakı təmsilçisi Akif Mikayılov,  RAİ-nin Kalininqrad şöbəsinin rəhbəri Tofiq Rzayev , Cənubi Saxalin bölməsinin rəhbəri Şahvələd Qasımov və mətbuat xidmətinin rəhbəri Anar Həsənov da müxtəlif  periodlarda Füzuli Məmmədovla yollarını ayırıblar. Qurumun daxilindən əldə etdiyimiz məlumata görə, Füzuli Məmmədovun özü prosesdən kənara çəkilsə də, varis planını işə salıb və qurumun rəhbərliyini özünə yaxınlığı ilə seçilən Elnur Hüseynova tapşırmağı planlayır. 

Ancaq Elnur Hüseynovun diaspor sahəsində təcrübəsinin  zəifliyi onun RAİ-də mütləq lider kimi qəbul olunmasına maneçilik törədir. Ehtimal olunur ki, Füzuli Məmmədov belə bir planı reallaşdırmağa çalışarsa, çox ciddi qalmaqalların yaşanacağı qaçılmaz olacaq. Artıq RAİ daxilində hansısa taxta əməliyyatına görə  həcmi milyonlarla ölçülən  dələduzluq əməlindən söz açılmağa başlanılıb. Hələlik pıçıltı ilə aparılan bu söhbətlərin yaxın zamanlarda mediaya da yol tapacağına şübhə yoxdur.

Səslənən fikirlərlə bağlı RAİ-nin də mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …