Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Füzuli Məmmədov adlı birinin Türkiyədə yaratdığı “Kurtlar Vadisi”nin qurbanları… – ARAŞDIRMA (FOTOLAR)

Füzuli Məmmədov adlı birinin Türkiyədə yaratdığı “Kurtlar Vadisi”nin qurbanları… – ARAŞDIRMA (FOTOLAR)

Türkiyəli iş adamlarına 30 milyon dollar “atdığı” deyilən Fizuli kimdir?

 Onun “qurbanlar siyahısı”nda Hüseyn Abdullayev, İskəndər Xəlilov və Hacı Anar adlı iş adamının da adı hallanır

Həmvətənlərimizin xaricdə hər hansı fırıldağa “imza atması”, başqa ölkələrin vətəndaşlarını aldatması barədə məlumatlar Azərbaycan cəmiyyətində hər zaman məyusluq doğurub. Çünki belə şəxslər həm ölkəmizin adını bədnam edir, həm də xarici ölkələrdə biznes qurmağa çalışan dürüst və işgüzar azərbaycanlılara qarşı inanmsızlıq yaradır.12939466_1700918373501366_936043606_n

Xüsusilə də, qardaş Türkiyədə belə halların baş verməsi, nəinki biznes baxımından zərərli təəssür yaradır, həm də iki xalqın səmimi birliyinə, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən tarixə düşən “bir millət – iki dövlət” prinsipinə zidd gəlir. Aprelin 2-dən bəri, cəbhə xəttində gərginlik yaşanır və Azərbaycana ən böyük dəstəyi isə məhz Türkiyə göstərir. Belə olduğu halda, vətənini-dövlətini sevən hər bir azərbaycanlı bu birliyin qorunmasına və qardaş ölkənin vətəndaşları arasında adımızı bədnam edənlərin ifşa olunmasına çalışmalıdır. Bu günlərdə Qafqaznews.az saytına müraciət edən türkiyəli iş adamı Musa Konakla söhbətmiz zamanı ilginc məlumatlarla rastlaşdıq.

“Mən Azərbaycanı və azərbaycanlı qardaşlarımı çox sevirəm. Hər zaman Azərbaycandan olan qardaşlarımla ortaq iş görməyə maraqlı olmuşam. Mənim qızım da, bu günlərə qədər Azərbaycan Tibb Universitetində təhsil alırdı. Lakin məni aldada12935255_1700918483501355_1670553595_nn, 400 min dollar pulumu mənimsəyən şəxslər öz haqqımı tələb etdikdə məni qızımla təhdid etməyə başladılar. Bu təhdidlərdən narahat olaraq, qızımı dünən Türkiyəyə gətirdim, onun Bakıdakı təhsili də yarımçıq qaldı. F.Aslanlının yanında məni və mənim ailəmi təhdid edən 18.03.1992 -ci il təvəllüdlü İmişli sakini Məmmədov Elton Yaqub oğlu, 10.10.1961- ci il təvəllüdlü Naxçıvan sakini Həsənov Hüseyn Həsən oğlu və Fizuli Aslanlının qohumu Azər adlı şəxs mənim və mənim ailəmi öldürməklə, qızımı oğurlayıb başına oyun açmaqla məni təhdid edirlər.”

M.Konak bizimlə söhbətində Fizuli adlı bir şəxsin adını hallandırdı. O, bu şəxsin müxtəlif illərdə saxta pasport düzəltdirdiyini, gah Fizuli Məmmədov, gah Fizuli Mehdiyev, gah da Fizuli Aslanlı soyadlarından istifadə edərək, sayı 25-30 arası 12968706_1700918343501369_473996357_nmüxtəlif türkiyəli iş adamlarına 30 milyon dollardan çox pul “atmasından” söz açıb.

M. Konak bildirib ki, Fizulinin aldatdığı bir neçə iş adamını da tapıb, onlar polisə müraciət ediblər, lakin onu məsuliyyətə cəlb etmək mümkün olmayıb. “Polis baxıb ki, bunun sənədində soyadı Aslanlıdır, Mehdiyev deyil. Digər tərəfdən, müxtəlif şirkətləri oyuna salmaqla, özü kənarda qalıb. Bir çox adama da 12969429_1700918276834709_206937555_nTürkiyədə yerli vətəndaşla rəsmi nikaha girən həyat yoldaşı Aygün Kara adından çeklər verib, amma həmin çeklər boş çıxıb. Onun Türkiyədə 12 yaşlı Hüseyn Kara adlı oğlu da var. Özü dəfələrlə məhkəmə yolu ilə Azərbaycanda ad-soyadını dəyişdirir, sonra bura gəlib, kirə tutduğu bahalı avtomobillər, şıq geyimlərlə insanları aldadır.

Pasport məsələsində ona Naxçıvanda yüksək vəzifəli polis məmuru Sabo adlı birinin yardım etdiyini öyrənmişik. Mənim qızımı isə Elton adlı şəxs vasitəsi ilə təhdid edib”, – deyə Qafqaznews.az-a danışan iş adamı bildirib.

M.Konak vasitəsilə bir neçə Türkiyə vətəndaşı olan iş adamlarının da telefon nömrələri ilə əlaqə saxladıq. Söhbətlərdən belə məlum oldu ki, son dəfə rəsmi ad-soyadı Fizuli Aslanlı türkiyəli mafioz qruplarla, “kabadayı” deyilən kriminal avtoritetlərlə də sıx münasibətdədir. 2002-ci ildə Fizulinin “qurban”ına çevrilən Münir Boztəpənin sözlərinə görə, ilk əvvəl Hakan Yıldırım adlı şəxslə əlbir olan Fizuli Aslanlı (Məmmədov və ya Mehdiyev) sonradan Ali Sühai adlı kayserili “kabadayı” ilə “işləməyə” başlayıb.

Münir Boztəpə bir dəfə Fizulinin izi ilə Moskvaya getdiyini, Fizulinin adamları tərəfindən təhdid olunduğunu deyib. “Mənə cəmi 5 min dollar verib, “burdan get, yoxsa, pis olar” dedilər. Mən də Türkiyədə borclarımı qaytarmalı idim, o pulla Ukraynaya gedib, bir neçə ay orda ticarətlə məşğul olmağa, borclarımı ödəmək üçün pul qazanmağa çalışdım.

Fizuli üçün son partiyada 3 milyon dollarlıq mal göndərmişdim, o puldan mənə cəmi 1,2 milyon dollar qayıtdı, qalan 1,8 milyon dolları mənimsədi. Onun adı heç bir sənəddə keçmirdi. Bir iş adamını bitirib, yeni12939112_1700918320168038_1250522430_nsinə keçir, hamısını da eyni cür aldadaraq, aradan çıxır. Mən o pulu borclu olduğum şəxslərə qaytarmaq üçün hər şeyimi satdım. Fizuli mənim həyatımı məhv etdi. İndi yaşlı anamın təqaüd kartının hesabına dolanıram”, – deyə M.Boztəpə bildirdi.

Celal Zafer,Yusuf Konu, Ali Gergin adlı iş adamları da M.Konak və M.Boztəpə ilə təxminən eyni şeyləri danışdılar. A.Gergin söhbətində Ali Sühainin qaynı Sinan Neşeli (“Neşeli Tekstil” şirkətinin rəhbəri) ilə birlikdə Fizuli tərəfindən 850 min dollar həcmində aldadıldığını bildirdi. O, F.Aslanlı ilə şəxsən görüşmədiyini, işlərin S.Neşeli və A.Sühai vasitəsilə aparıldığını qeyd etdi.

A.Gerginin sözlərinə görə, 2 ay əvvəl Fizuli Aslanlı onunla görüşüb, özünü Musa Konak kimi təqdim edərək pul qoparmaq istəmiş, amma araşdırma nəticəsində əsl Musa Konakın da “qurbanlar siyahısı”nda olduğu üzə çıxmışdı. S.Neşeli isə Qafqaznews.az-ın əməkdaşı ilə söhbətində Fizuli ilə heç bir ortaqlığı olmadığını, əksinə onun yeznəsi A.Sühaiyə 2 milyon dollar yaxın zərər vurduğunu dedi. Qeyd edək ki, danışdığımız əksər iş adamları eyni adamdan söz açsalar da, bəzisi onun soyadını A.Süavi, bəzisi isə A.Sühai deyə yada saldı. S.Neşeli Ali Gerginlə iş gördüyünü və onun göndərdiyi son tərəvəz partiyasının zay çıxdığını əlavə edib.12938226_210135836026484_3113690396620476533_n

Söhbətlər əsasında, Naxçıvan MR sakini, kürdəsilli Fizuli Aslanlının fəaliyyət sxemini müəyyən etməyə çalışdıq: İddialara görə, o, Moskvadakı iş adamları ilə öz dostlarının vasitəsi ilə əlaqə quraraq onları inandırıb ki, guya onun Türkiyədə şirkətləri var və o onlara ordan keyfiyyətli meyvə-tərəvəz göndərə bilər: “Sadəcə, siz Türkiyəyə mənə pul göndərin”.

Sonra da, Türkiyədə meyvə-tərəvəz satışına baxan şəxslərə təklif edir ki, onun Moskvada, Ukraynada Belarus bazarlarında böyük imkanları var. 2004-cü ildən bəri Moskva və Belarusdakı iş adamlarından pul alaraq öz pulu kimi Türkiyədəki şirkətlərə və iş adamlarına təqdim edir və başlayır Türkiyədən meyvə-tərəvəz ixracatına. İş Türkiyədə əsasən nisyə əsasla, sonradan ödənilməyəcək çeklərlə aparılır.

Ticarət dövriyyəsi bir milyon dollara qalxan kimi, başlayır böyük şirkətlərə deməyə ki, sizin axırıncı göndərdiyiniz mal zay çıxıb. Və son nəticədə Türkiyə, Moskva, Belarusdakı iş adamlarının pulları bu şəxsin əlində cəmləşir. Fizuli Aslanlıya dəstək verənlərin arasında İbrahim Kuzu (“Kuzu İnşaat” adlı şirkətinin olduğunu söyləyirlər) adlı şəxsin də adı keçir. Musa Konakın qeyd etdiyi Elton Məmmədovun isə Türkiyədə adam bıçaqlanması ilə axtarışda olduğu barədə məlumat əldə etmişik. Fizuli Aslanlı bir neçə gün öncə Mersində saxlanılıb və bildirilir ki, onun Azərbaycan pasportunun vaxtı keçdiyi üçün və Azərbaycan da onun barəsində iki cinayət işi olduğunu nəzərə alaraq o Azərbaycana göndərildiyi an həbs olunmalıdır.

Mersin polis idarəsi onun pasportu olmadığı üçün onu Azərbaycana təhvil vermək istəyir. Ancaq Fizuli Aslanlı (Mehdiyev) “təyyarədən qorxduğu” üçün onun avtomobillə Türkiyə sərhədindən çıxarılmasını təkid edir. Məlumatda bildirilir ki, Gürcüstana keçən F.Aslanlı sonra müxtəlif yollarla, xüsusilə də Naxçıvanda hüquq mühafizə orqanlarında işləyən Sabo adlı yaxın dostunun vasitəsi ilə yenidən yeni pasport əldə etmək istəyir. Əldə etdiyimiz məlumata görə, F.Aslanlı (Mehdiyev) Azərbaycanlı iş adamlarından pul atmağa nail olub.

artist_26639914922663Qafqaznews.az-ın əldə etdiyi digər məlumata görə, F.Aslanlı həmçinin tanınmış iş adamı İskəndər Xəlilova 11 milyon dollar “atmağa” nail olub. “Bundan əlavə Hüseyn Abdullayevə 250 min dollar, Moskvada iş adamı ,əslən Masallıdan olan Hacı İlqara 1 milyon dollar, əslən Naxçıvandan olan, Bakıda çay evi işlədən Hacı Anar adlı idmançıya da 500 min dollar pul atıb. İskəndər Xəlilovun yaxını, əslən Şəmkirdən olan Elbrus adlı iş adamı, İskəndər Xəlilovdan aldığı 11 milyon dollar pula Türkiyədən Moskva şəhərinə meyvə-tərəvəz ixrac etmək üçün Antalyaya gedir və orada Fizuli Aslanlının toruna düşür. O, Türkiyədə Fizuli Aslanlıya anlatmaq istəyir ki, qısa bir müddətdə işə başlamaq niyyətindədir. Bundan sonra Elbrus qayıdır Moskvaya və pulları mərhələ ilə Türkiyəda oturan Fizuli Aslanlıya göndərir”, – deyə mənbə qeyd edir. Oxucularmızı yormamaq üçün, bildiririk ki, mənbənin sözlərinə görə, sonda Elbrusa Fizuli Aslanlı tərəfindən 11 milyon dollar atılır. Elbrus Fizuli Aslanlını Azərbaycana onunla görüşmək üçün dəvət edir.

“Görüşdən əvvəl Elbrus çamadana tapança qoyur, lakin onun qohumlarından kimsə çamadandan tapançanı götürür. Görüş zamanı çamadanda tapançanı tapmayan Elbrus masanın üstündən bıçağı götürərək, Fizuli Aslanlıya 11 milyon dolların hər bir milyonu üçün 11 bıçaq zərbəsi endirir. Ancaq Fizuli xəstəxanaya tez çatdırldığı üçün sağ qala bilir. Elbrus isə 6 ildir həbsdədir”, – deyə mənbə əlavə edib. Fizuli Aslanlıdan bu məlumatlara münasibət almaq üçün bizdə olan həm Azərbaycan, həm Rusiya, həm də Türkiyə nömrələrinə z165106əng etdik. Yalnız Rusiya nömrəsindən dəstək götürülsə də, qarşı tərəf bizi dinlədi, amma səsini çıxarmadı. Yazı sayta gedərkən, bizə Fizuli müəllimin Türkiyə telefonundan zəng gəldi.

Fizuli olduğunu təsdiqləyən həmsöhbətimiz “Musa Konakı tanıyırsınızmı?” sualına “Bəli, mənim dostumdur” deyə cavab versə də, sonradan “pul atmaq” və təhdidlərlə bağlı sualı eşitdikdə reaksiyası dəyişdi. “Nə təhdid, nə pul atmaq? Onun başı xəstədir. Mən Türkiyədə yaşayıram, buranın qanunları var. Əlində əsası varsa, burda Türkiyə dövlətinə müraciət etsin”, – deyə cavab verdi .

Biz məqalədə adı hallandırılan digər şəxslərin də adını çəkdikdə həmsöhbətimiz əsəbiləşdi və dəfələrlə bizdən hansı əsasla ona zəng etdiyimizi soruşdu. Biz isə qanuna görə, qarşı tərəfin mövqeyini almaq üçün ona zəng etdiyimizi dedik .Ondan soyadını soruşduqda, Məmmədov olduğunu dedi, lakin soyad dəyişdirmək barədə iddiaları şərh etmədi. Fizuli müəllimdən rəhbərlik etdiyi şirkətin adını soruşduq, o bir müddət fikirləşdi, sualımızı təkrar etdi və sonda belə cavab verdi: “Emines ememes idxalat-ixracat şirkəti”.

12966283_1700918466834690_1852731464_nÜzrxahlıqla Aygün Kara adlı qadınla bağlı iddialara aydınlıq gətirmək üçün növbəti sualımıza da dəqiq cavab ala bilmədik. “Siz hardasız? Sabah mən deyərəm, tanışlar gəlib sizi görərlər. Onların dedikləri boş söhbətdir, böhtandır. Mən Türkiyədə yaşayan iş adamıyam. Heç kimə pul atmamışam”, – deyə Fizuli müəllim vurğuladı.

İsgəndər Xəlilov və Elbrusun adını çəkdikdə isə Fizuli Məmmədov hiddətləndi, “Sən müstəntiqsən?” deyərək səsini qaldırdı, söhbətin normal tonda davam etməsinə imkan vermədi. Beləliklə, Fizuli müəllimlə telefon söhbətimiz yarımçıq kəsildi. “İSR Plaza” ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Hazırda, pasport məsələsi ilə bağlı daxili işlər orqanlarında F.Aslanlıya (Mehdiyev, yaxud Məmmədov) kömək edən şəxslərlə bağlı araşdırmamız davam edir. Mövzu diqqətimizdədir. Əlavə məlumat, fikir və ya mövqeni dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın