Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Futbolçu Nicat Muxtarov 3 saylı istintaq təcridxanasına köçürülüb

Futbolçu Nicat Muxtarov 3 saylı istintaq təcridxanasına köçürülüb

“Sumqayıt” klubunun oğurluğa görə həbs edilmiş futbolçusu Nicat Muxtarov istintaq təcridxanasına köçürülüb.

\”Report\”un əldə etdiyi məlumata görə, futbolçu 3 saylı istintaq təcridxanasına etab edilib.

Məlumatda bildirilir ki, ötən gün Sumqayıt Şəhər Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədə N.Muxtarov əməlindən peşman olduğunu söyləyib.

Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın