Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Fuad Muradov komitənin loqosunu dəyişir

Fuad Muradov komitənin loqosunu dəyişir

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.

“Qafqazinfo” xəbər verir ki, quruma yeni sədr Fuad Muradov təyin edildikdən sonra Dövlət Komitəsi bununla bağlı loqo seçimi üçün müsabiqə elan edib.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər;

2. Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbycana və Azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini,  dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.

3. Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində  və ya PDF formatında [email protected] elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.

4. Müsabiqənin qalibinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.

5.Müsabiqə  05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.

Hazırkı loqonu təqdim edirik:

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …