Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Aktual / Fuad Çıraqov: “İran tərəfindən Bakıdan Naxçıvana gedən magistral yolun bağlanması istisna deyil…”

Fuad Çıraqov: “İran tərəfindən Bakıdan Naxçıvana gedən magistral yolun bağlanması istisna deyil…”

“Erməni mətbuatında Bakı-Naxçıvan magistral yolunun İran tərəfindən artıq bir neçə gündür bağlanması iddialarının yayılması bir daha göstərir ki, Azərbaycan və İran arasındakı gərginlikdən ən çox faydalanan tərəf elə Ermənistandır. Təəssüf ki, İranda bəzi dairələr Ermənistanın maraqlarına uyğun bu cür siyasət yeridir, Azərbaycanla gərginliyin arıtırılması istiqamətində öz təxribatçı siyasətlərini davam etdirirlər. Son zamanlar Azərbaycanla İranla arasındakı gərginlik fonunda heç bir variantı istisna etmək olmaz. İran son dövrlər Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, açıq hədələr səsləndirir. Buna görə də İran tərəfindən Bakıdan Naxçıvana gedən magistral yolun bağlanması məsələsi də istisna deyil…”

Bu sözləri Pravda.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Çıraqov deyib.

F.Çıraqov bildirib ki, İran belə addım atacağı təqdirdə Azərbaycan da buna uyğun qarşılıq verə bilər:

“İlk növbədə, Azərbaycan ərazisindən keçən və İran üçün əhəmiyyət daşıyan Şimal-Cənub marşrutu ilə hərəkət edən malların və yüklərin daşınması, eyni zamanda İranın Azərbaycandan asılılığını şərtləndirən digər məqamlar da ola bilər. Bu, Naxçıvanın təhlükəsizliyinə hər hansı təhdid yaratmayacaq. Artıq Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı mühüm addımlar atıb. Bir az bahalı və uzun olsa da, Bakı-Tbilisi-Qars dəmir yolu var, yüklərimiz Türkiyə ərazisindən daşına bilər. Eləcə də Türkiyənin Naxçıvanın təhlükəsizliyi ilə bağlı konkret öhdəlikləri var və Türkiyə öz öhdəliklərinə daim sadiq olduğunu dəfələrlə bəyan edib”.

Həmçinin oxuyun

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı… – Açıqlama

“Türkiyədə baş vermiş güclü zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını təsiri yoxdur. Bu zəlzələ ölkədəki zəlzələ ocaqlarını …