Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / Fuad Abbasov Bakıya gəldi – İlk açıqlama+Video

Fuad Abbasov Bakıya gəldi – İlk açıqlama+Video

Rusiyadan deportasiya edilən Fuad Abbasov az öncə Bakıya enib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu ailə üzvləri, yaxınları qarşılayıb.

Jurnalistlərə açıqlama verən Abbasov deportasiya edilməsinin onun üçün gözlənilməz olduğunu bildirib:

“Hər kəsə təşəkkür edirəm. Bu qədər insanın gəlməsini istəmirdim. Mənim üçün də çıxmağım gözlənilməz oldu. Dünən axşam sorğu keçirildi. Bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, Rusiyanı tərk edirəm. Bir müddət istirahət etdikdən sonra mətbuat konfransı keçirəcəm. Səhhətimdə heç bir problem yoxdur”.

Həmçinin oxuyun

İki deputat yenidən direktor oldu – AMEA-da seçki

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.AEMA-dan Mia.az-a verilən məlumata …