Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Fransada təyyarə qəzası – həlak olanlar arasında türklər də var – YENİLƏNİR – 4 – FOTOLAR, VİDEO

Fransada təyyarə qəzası – həlak olanlar arasında türklər də var – YENİLƏNİR – 4 – FOTOLAR, VİDEO

Fransa ərazisində sərnişin təyyarəsi qəzaya uğrayıb.Musavat.com-un Avropa mediasına (Euronews) istinadla verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə Barselonadan Düsseldora uçurmuş.  İnsident Yuxarı Provansın Alp departamentində baş verib. Təyyarənin qalıqlarının Barselonet (Fransa) şəhərinin yaxınlığında, Alp dağlarında tapıldığı xəbər verilir.
“Airbus A 320” təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. İlkin məlumata görə, qəza Fransanın cənubunda qeydə alınıb.
Fransanın baş naziri qəzanın baş verdiyini təsdiqləyib.
Qəzaya uğrayan təyyarə “Germanwings” şirkətinə məxsus olub. Hələlik qəzanın səbəbləri bəlli deyil. Bilinən odur ki, təyyarə 1090 km/saat sürətlə, 6800 metr yüksəklikdə uçurmuş.
Musavat.com Euronews televiziyasına istinadən xəbər verir ki, Fransa prezidenti qəza ilə bağlı açıqlama verib. F. Olland deyib ki,  qəzanın oluş şəklinə baxılırsa, kimsənin qurtulması mümkünsüz görünür. Prezident deyib ki, xilasedicilər qəza yerinə yetişməyə çalışırlar.
Bəzi Avropa saytları yazır ki, hadisə terror nəticəsində baş verə bilər. Çünki “Airbus A320” etibarlı  təyyarədir və ən əsası, eniş və ya qalxış zamanı deyil, düz uçuş zamanı qəzaya uğrayıb . Bu da terror şübhələrini artırır.
Lakin fərqli qaynaqlar iddia edirlər ki, təyyarə köhnədir, 1990-cı ildə istehsal olunub, bu səbəbdən də qəza ehtimalı böyükdür.  Qeyd olunur ki, bu ailədən olan təyyarələrin serial buraxılışı 1988-ci ildən Fransa və Almaniyada başlanıb, daha sonra, 2011-ci ildən etibarən təyyarənin yığılması Çində həyata keçirilir.
“Germanwings” şirkəti “Lufthanza” şirkətinə bağlıdır, ucuz uçuşları həyata keçirməsi ilə populyardır. Qəza şirkətin ilk qəzasıdır. “Lufthanza” şirkəti qəza ilə bağlı açılama verməyib.
Qəzanın baş verən yeri mürəkkəb dağlıq ərazidir. Qəza Alp dağlarında baş verib. Oraya yetişmək olduqca çətindir. Bu səbəbdən də indiyə qədər heç bir foto-video görüntü yayınlanmayıb. Fransa daxili işlər naziri açıqlama verərək, deyib ki, təyyarənin qəza yeri və qalıqları bir vertolyotla müəyyənləşdirilib.
Avropa saytları yazır ki, ehtimal olunan qurbanlar daha çox Almaniya vətəndaşlarıdır. Uçaqla bağlantı kəsildikdə, o, 6800 fut yüksəklikdə olub. Və o, qəfildən radarlardan itib.
****
Hadisə ilə bağlı İspaniya baş nazirinin müavini də açıqlama verib. O deyib ki, qəzada ölənlərin çoxu  –  48 nəfəri İspaniya vətəndaşlarıdır. Onun bu açıqlaması ilkin məlumatlarla ziddiyyət təşkil edir.
***
Almaniya tərəfi bildirir ki, qəzaya uğrayan təyyarədə əslində 150 nəfər ola bilər.
****
Hadisə ilə bağlı Fransada səfərdə olan İspaniya kralı da açıqlama verib. Bakı vaxtı ilə saat 16.35-də canlı yayımla verilən açıqlamada kral bildirib ki, həlak olanlar əsasən İspaniya (45) və Almaniya vətəndaşlarıdır. Lakin İspaniya kralı ilk dəfə açılama verib ki, uçaqda Türkiyə vətəndaşları da olub. O, hər 3 ölkənin xalqlarına, həlak olduğu ehtimal edilən qəza qurbanlarının yaxınlarına başsağlığı verib.
İspaniya kralını qəbul edən Fransa prezidenti deyib ki, (16.40, Euronews) hadisənin baş vermə səbəbləri məlum deyil. Lakin məlum olan budur ki, uçaqda Alman, İspaniya və Türkiyə vətəndaşları olub. Olland deyib ki, hazırda qəza yerinə xilasedicilər yetişmək üzrədirlər, oralar olduqca mürəkkəb, dağlıq ərazidir, ordu və jandarm səfərbər olunub.
Almaniya xarici işlər naziri Steinmeier: “Fəlakətin detallarını araşdırmağa çalışacaq böhran masası yaratmışıq”
Son məlumatlara görə, ölənlərin sayı 150-ə çatıb. Onlardan 67 nəfər alman, 45 nəfər ispan, 2 nəfər isə  Türkiyə türkü olub.
Musavat.com



 

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın