Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirildi -Fotolar

Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirildi -Fotolar

Bu gün Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Azinforum.az xəbər verir ki, aksiya Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Fransa prezidentinin  Ermənistanı dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlara etiraz əlaməti olaraq təşkil edilib. Aksiyada BDM sədri İsmayıl Ağayev və İSBAM sədri Samir Adıgözəlli Fransanın işğalçı Ermənistanı dəstəkləməsini və tutdugu ədalətsiz mövqe ilə bağlı çıxış etmişlər.

Çıxışlardan sonra “Qarabağ Azərbaycandır” “Türkiyə-Azərbaycan” şüarları səsləndirilmişdir. Aksiyada azərbaycan ictimaiyyəti adından bəyanat qəbul edilmişdir. Bəyanatı təqdim edirik.

Bəyanat

İşğalçı Ermənistanın son təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatına başlamış, və suveren ərazilərimizi düşməndən təmizləməkdədir.

Azərbaycanın apardığı haqq mübarizəsində təəssüflər olsun ki, Fransa dövləti açıq şəkildə işğalçı Ermənistana himayə göstərməkdədir. İşğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməli, Ermənistana  isə beynəlxalq təzyiq edilməlidir. Lakin Fransa prezidenti Makronun bəyanatı bölgədə təhlükəsizliyin təmin edilməsinə xidmət etmir, işğalçının açıq müdafiəsinin təzahürüdür.

Minsk qrupu həmsədri funksiyasını yerinə yetirməli olan Fransanın özünü tərəf göstərərək işğalçını dəstəkləməsi, vasitəçilik missiyasının itirdiyinin təsdiqidir.Onsuz da otuz ilə yaxın müddət ərzində heç bir nəticə ortaya qoymayan Minsk qrupu adlı missiyaya Azərbaycan xalqının ehtiyacı qalmamışdır. Torpaqlarımızın azad edilməsi və terrorçu xunta rejiminin zərərsizləşdirilməsi missiyasını Azərbaycan öz üzərinə götürməyə məcbur qalmışdır.

Fransa prezidentinin siyasi etikaya sığmayan bəyanatı otuz ildir torpaqlarımızın işğalda qalmasına göstərdiyi münasibəti ortaya qoyur.

Bu müharibə Azərbaycanın  işğal olunmuş torpağlarının azad edilməsi uğrunda aparılır. Qarabağ əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpaqlarımızdır. Bunu başa düşməyən Fransa kimi vasitəçilərin missiyasına artıq heç bir ehtiyacımız yoxdur. Prezident Makronun “Ermənistana və ermənilərə hər cür dəstəyini davam etdirəcəyini” bildirməsi  Fransanın beynəlxalq hüquqa,insan haqqlarına açıq hörmətsizliyi və Fransa prezidentinin riyakar mövqeyinin təsbitidir.

Soyqrımlar və terrorlar törədən Ermənistan kimi bir dövlətin Fransa tərəfindən bu cür dəstəklənməsi təsadüfü deyil. Çünki Fransa Əlcazair xalqına qarşı soyqırım törətməklə tarix qarşısında günahkardır.

Azərbaycan ictimaiyyəti olaraq,Fransa dövlət başçısının ədalətsiz və siyasi əxlaqa sığmayan bəyanatlarını şiddətlə qınayırıq.

Bu gün Ermənistan tərəfindən ağır silahlardan atəşə tutulan Azərbaycan şəhərlərini, öldürülən mülkü vətəndaşlarımızı Fransa və digər aparıcı ölkələr görməzdən gəlirlər.Həqiqəti görməkdə aciz qalan Fransanın Azərbaycan Respublikasını ittiham etməyə heç bir hüququ yoxdur. Bu gün ittiham olunacaq dövlət Ermənistandır.

Beynəlxalq Diaspor Mərkəzi və İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, bir daha Fransanı ədalətli olmağa dəvət edərək prezident Makronun bəyanatlarını beynəlxalq hüquqazidd açıqlamalar olduğunu bildirərək, qınayır və rədd edirik.

-Beynəlxalq Diaspor Mərkəzi

-İctimai Siyasi Proseslər Beynəlxalq

Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …