Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Fransa Jak Şirakla vidalaşır – Fotolar

Fransa Jak Şirakla vidalaşır – Fotolar

Fransanın mərhum prezidenti Jak Şirakla Parisdəki Əlillər sarayında (Les İnvalides) vida mərasimi başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …