Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Fövqəladə vəziyyəti təmin edən qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi üçün qərargah yaradılacaq

Fövqəladə vəziyyəti təmin edən qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi üçün qərargah yaradılacaq

Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi üçün komendantlığın tərkibində Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyət rejimini təmin edən orqanların nümayəndələrindən ibarət birləşmiş əməliyyat qərargahı yaradılacaq.

Azinforum.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Qaydada qeyd edilib ki, komendantlığa və birləşmiş əməliyyat qərargahına Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən komendant rəhbərlik edir. Komendant ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …