Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Foruma qatılan Baş katibin halı pisləşdi – FOTO

Foruma qatılan Baş katibin halı pisləşdi – FOTO

VI Qlobal Bakı Forumunda iştirak edən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Əkmələddin Ehsanoğlu bundan əvvəlki tədbirlərə qatıla bilmədiyinə görə təəssüfünü ifadə edib.

Regional problemlərdən danışan cənab Ehsanoğlu birdən çıxışını dayandırıb və özünü pis hiss etdiyinə görə nitqini davam etdirə bilməyəcəyini deyib.

Musavat.com-un xəbərinə görə, o, əməkdaşların köməyi ilə iclas zalını tərk edib. Daha sonra Baş katibi müayinə etmək üçün həkim çağırılıb. Türkiyə XİN-in sabiq rəhbəri Hikmət Çətin və digər təmsilçilər Baş katibə yaxınlaşıb onun sağlıq durumu ilə yaxından maraqlanıb.

Həkimlər Musavat.com-un əməkdaşına xəstənin durumu ilə bağlı bunları deyiblər: “Təzyiq, şəkər, anamiya var. Amma kritik durum keçdi”.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …