Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / “Formula-1″ yarışlarının məkanı dəyişdirilə bilərmi…

“Formula-1″ yarışlarının məkanı dəyişdirilə bilərmi…

Ekspert: “Bakı trası ”Formula-1″ təşkilatçılarına olduqca maraqlı gəldiyi üçün bura seçilib”

Aprelin 27-29-u tarixlərində Bakı üçüncü dəfə “Formula-1″ Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi. Gərgin keçən yarışmanın sonunda ”Mercedes” komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-Prisinin qalibi oldu. Yarış ciddi qəzalarla da yadda qaldı. Belə ki, Daniel Rikkiardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Esteban Okon (“Force India”), Valtteri Bottas (“Mercedes”), Sergey Sirotkin (“Williams”), Niko Hülkenberq (“Renault”) və Romen Qrojan (“Haas”) finiş xəttini keçə bilmədilər.

Yarış günlərində Bakı bulvarında da həm yerli, həm də xarici izləyicilərin istirahətləri üçün əyləncəli proqramlar  təşkil olundu. Eyni zamanda 3 gün ərzində hər axşam yarışdan sonra “Crystal Hall”da xarici ulduzların konsertləri keçirildi.

Reportajlardan belə aydın oldu ki, xarici qonaqlar, pilotlar və yarışı izləməyə gələn yerli vətəndaşlar təşkilat işlərindən məmnun olublar. Pilotlar mətbuat konfranslarında Bakı trekindən razı qaldıqlarını söylədilər.

Ekspertlərin sözlərinə görə “Formula-1″ yarışları Azərbaycana turist axınının artması baxımından da olduqca faydalı olub. Bildirilib ki,  xarici ölkələrdə minlərlə izləyicisi olan bu yarış eyni zamanda Azərbaycanın, Bakının da adını xarici ölkə vətəndaşlarına tanıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 12,4% artıb. Məlumata görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin əksəriyyəti qonşu ölkələrin vətəndaşlarıdır. Bununla belə,  Avropa, Asiya, Körfəz  ölkələri və Hindistandan gələn turistlərin sayında  da böyük artım müşahidə olunur.

“Formula-1″ yarışları keçirilən günlərdə şəhərin mərkəzi küçələrinin bağlanması şəhərdə böyük tıxaclara da səbəb oldu. Sosial şəbəkələrdə yazılan statuslardan belə aydın oldu ki, insanları bu yarışla bağlı mərkəzi küçələrinin bağlanması, yaranan tıxaclar narahat edib.  Bəs ”Formula-1″ yarışlarına əhali arasında rəğbəti bir qədər də artırmaq üçün trekin keçdiyi yolları dəyişmək olarmı?

Azər Allahverənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Azər Allahverənov bildirib ki, “Formula-1″ yarışlarının Bakıda keçirilməsi planlaşdırılan zaman bir neçə traslar təklif olunurdu: ”Lakin yarışın təşkilatçıları Bakı trasını seçdilər. Çünki onlar üçün Bakı trası çox maraqlı gəldi. Burada kifayət qədər pilotlar üçün təhlükəli keçidlər var. “Formula-1″in yarışları indiyə qədər xeyli sayda şəhərlərdə keçirilib. Orada oturuşmuş tras var. Pilotların özləri də həmin traslara öyrəşiblər. O baxımdan da Azərbaycanda təşkil olunan yarış öz unikallığı ilə xarakterizə edilirdi. Buna görə də təşkilatçılar məhz Bakının müraciətinə xüsusi önəm verdilər. Nəticədə də Azərbaycanla yarışların keçirilməsi ilə bağlı müqavilə bağlandı. Ola bilər ki, Bakı sakinləri yolların bağlanmasından müəyyən mənada narazı qala bilərlər. Bu da başadüşüləndir. Təşkilatçılar üçün isə Bakı trası çox maraqlıdır. Yadımdadır ki, 2016-cı ildə bu məsələ müzakirə olundu. Həmin ərəfədə də yollar bağlandı və narazılıqlar yarandı. Hətta təklif olunurdu ki, yarış Azərbaycanın bölgələrindən birində keçirilsin. Ancaq üstünlük Bakı şəhərinə verildi. Burada həm trasın özü, həm də turizm faktoru nəzərə alındı. İstənilən halda məlumdur ki, paytaxt ərazisində turizm infrastrukturu daha çox inkişaf edib. Kifayət qədər çox sayda qonaq evləri, otellər və sairə var. Təbii ki, hamı bu ideyanı yüksək qarşılaya bilməz. İnsanlarımız arasında yarışdan narazı olanlar da var. Onları narahat edən yolların bağlanmasıdır. Düşünürəm ki, bəzi hallarda məsələyə fərqli formada yanaşmaz lazımdır. Yeri gələndə dövlət səviyyəsində təşkil olunan tədbirə hətta öz töhfəmizi də verməliyik. Ən azından müəyyən olunmuş qaydalar çərçivəsində hərəkət edə bilərik. Özüm də müşahidə etdim ki, bəzi narazılıqlar var. Sakinlərə tövsiyə olunurdu ki, onlar mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Ancaq onun şahidi olurdum ki, insanlar qoyulmuş sədləri yarmağa cəhd edirdilər. Düşünürəm ki, vətəndaşlar bu kimi hallarda yalnız öz maraqlarını düşünməklə çətin vəziyyət yaradırlar. Təbii ki, bu, yolverilməzdir”.

 

Həmçinin oxuyun

Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ (FOTO)

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. Unikal.org-un əldə etdiyi məlumata görə, fəlsəfə elmləri doktoru, …