Ana səhifə / Aktual / Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub – Əfəndiyevdən AÇIQLAMA (FOTOLAR)

Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub – Əfəndiyevdən AÇIQLAMA (FOTOLAR)

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb. Buna səbəb isə vida mərasiminə gec qatılan F. Kərimovanın yazıçının yanında əyləşməsi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, xalq artisti Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub. Belə ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib. Xalq artisti “Azdrama”nın bələdçisinin xəbərdarlığına da məhəl qoymayıb. Səhnədə olan nazir Əbülfəs Qarayev çıxışını başa vurduqdan sonra Flora Kərimovanın onun yerində oturduğunu görüb, başqa yerdə əyləşmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı xalq yazıçısı Elçin Əfəndiyevlə əlaqə saxladıq. Xalq yazıçısı F.Kərimova ilə aralarında yaşanan mübahisəyə bir cümlə ilə cavab verəcəyini bildirib:
“Görünən dağa bələdçi lazım deyil, hər kəs hər şeyi gördü”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …