Cümə , Oktyabr 23 2020
Ana səhifə / Flora Kərimovadan Zeynəb Xanlarovaya yenə sərt SÖZLƏR

Flora Kərimovadan Zeynəb Xanlarovaya yenə sərt SÖZLƏR

Zaman-zaman mətbuatda sənətkarlar arasında müəyyən söz-söhbətlər yarandığının, hətta düşmən səviyyəsinə çatdıqlarının  şahidi olmuşuq. Xalq artistləri Flora Kərimova və Zeynəb Xanlarova  da həmin sənətkarlardandır.
“Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.
Bu sözləri bir müddət bundan qabaq Flora Kərimova bildirmişdi. Buna baxmayaraq Z.Xanlarovanın  barışmaq üçün addım atdığını deyənlər də var.
Maraqlıdır, xalq artistləri  aradakı buzları əridə bilibmi? Doğurdanmı  barışığa imza atılıb?
F.Kərimova bununla bağlı  Modern.az-a açıqlama verib. O bildirib ki, Zeynəb Xanlarova və ya başqaları tərəfindən barışmaq üçün irəli sürülən təşəbbüslərdən xəbərdar deyil:
“Zeynəb Xanlarova mənim üçün heçdir, yoxdur.  Ona görə də onunla bağlı nə varsa, məni maraqlandırmır. O heç vaxt mənə düşmən ola bilməz. Heç o qüdrətdə də deyil.  Haralara yazır yazsın, ya da harada səsimi batırmaq istəyirsə istəsin, bir varlıq kimi Zeynəb Xanlarovanın mənə gücü çatmaz. O indiyə qədər mənə sataşdı və cavabını da aldı. Bundan sonra Allahın yanına qalxsa da, mənimlə bacarmayacaq”.

Həmçinin oxuyun

Şahnazarovun Qarabağ həqiqəti və erməni yalanlarının ifşası – ŞƏRH

“Rusiya 24″ telekanalında ”Vladimir Solovyovla axşam” verilişinin efirində Dağlıq Qarabağ münaqişəsi yenə də müzakirə edilib. …

Bir cavab yazın