Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Flora Kərimova keçmiş əri haqda: – “Sərvətini xərcləməyə qorxurdum”

Flora Kərimova keçmiş əri haqda: – “Sərvətini xərcləməyə qorxurdum”

“Qızım ayrılanda məndən xəbərsiz etdi. Zəng vurdu ki, sənədlərimi göndər. Şübhələndim ki, boşanırsınız? Dedi, yox, ev alırıq, ona lazımdır. Amma ana hissləri aldatmır. Neçə illər qızımdan arxayın idim ki, uzaqdadır, amma yoldaşı yanındadır. İndi təkdir. Amma mən övladımın ağlından, namusumdan arxayınam”.

Dia.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişində deyib.

Müğənni qızı Zümrüdün hazırda ondan uzaqda olduğunu vurğulayıb:

“Qızım üçün çox darıxıram. Nə yaxşı ki, “whatsapp” var. Hər gün səhər oyanan kimi ilk ona yazıram. Onun vasitəsiylə bir-birimizdən hər dəqiqə xəbər tuturuq”.

Mahnılarından danışan F.Kərimova ifa etdiyi musiqilərin əksəriyyətinin öz taleyindən olmadığını deyib:

“Bu mahnıların heç birini özümünküləşdirmədim. Ancaq başqalarının taleyini oxudum. Yalnız “Yoxluğunu bilə-bilə”, İlahi”, “Əzizim” mahnıları mənim həyatım idi.

Qızımın atasını itirəndə elə bildim uşaqlarımı ayağa qaldıra bilməyəcəm. Onun qoyduğu sərvəti xərcləməyə qorxurdum ki, övladlarım dayaqsız qalar. O öləndə elə bildim sütunumu itirdim”.

Həmçinin oxuyun

Azərbaycan əsgəri minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. “Report”un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli …

Bir cavab yazın