Cümə , Aprel 19 2024
Ana səhifə / Flora Kərimova: “İlhamə “siyasi oyun”a başlayıb”

Flora Kərimova: “İlhamə “siyasi oyun”a başlayıb”

Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi.  Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük olduğunu, onda olan səs imkanlarının heç bir xanım müğənnidə olmadığını və ona Allahdan can sağlığı arzu etdiyini  bildirdi.
Bu açıqlamadan sonra uzun illərdir ki, küsülü olan bu xanım müğənnilərin barışacağı güman edilirdi.
Xalq artisti Flora Kərimova musavat.com-un əməkdaşına bu barədə açıqlama verib. Müğənninin sözlərindən məlum olub ki, barışıq haqda edilən gümanlar yersizdir: 
“Mən onu sənətkar hesab etmirəm və onun mənim yaradıcılığıma verdiyi qiyməti də “siyasi oyun” adlandırıram.
Gərək vaxtında məni məhkəmələrdə süründürəndə, mənəvi zərbə vurmaq istəyəndə bu haqda düşünəydi. Həmin çətin anlarda ona əyilməmişəmsə, ömrümün bu çağında da əyilmərəm.  Mən fikrini, yolunu dəyişən insanlardan deyiləm. Heç vaxt onun yalanlarına inanmamışam və bundan sonra da inanmaram.
İlhamə Quliyeva həmişə çalışırdı ki, məni səhnədən, sənətdən uzaqlaşdırsın. Bir vaxtlar səhnədən getdiyim zaman şayiələr yayırdı ki, guya bu məsələdə onun əli var. İndi deyirəm: “İlhamə bəsdir, yetər bu oyunlar!”
Qeyd edək ki, İlhamə Quliyeva Flora Kərimovanın qızı Zümrüdü çox sevdiyini və onun da özünə qarşı sevgisi olduğunu vurğulayıb.
Flora Kərimova bu barədə də danışıb: “Zümrüd balaca olanda  daş-qaşa meyilli uşaq idi. İlhamə Quliyeva da efirə, səhnəyə  həmişə alabəzək daş-qaşlarala çıxdığından qızımın ona qarşı marağı yaranmışdı. Lakin bu, çoxdan olub.
Zamanında övladlarımın ünvanına şər sözlər, təhqirlər deyən İlhamə Quliyeva indi birdən-birə bu vasitə ilə barışmağa cəhd edir. Görəsən, mənim ailəm, uşaqlarım haqqında dediyi  təhqirləri nə tez unudub? Məgər onları bağışlamaq olar?”

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın