Cümə , Aprel 19 2024
Ana səhifə / Flora Kərimova: “Hər kəsi hədələyən İlhamə xəstəxanalıqdır”

Flora Kərimova: “Hər kəsi hədələyən İlhamə xəstəxanalıqdır”

Xalq artisti Flora Kərimova uzun illərdir qalmaqallı münasibətdə olduğu İlhamə Quliyevadan danışıb.

Azinforum.az xəbər verir ki, sənətçi big.az-a açıqlamasında sərt danışıb.

“İlhaməyə sözüm qurtarıb. Üzümü onun arxasında duran insanlara tuturam və deyirım ki, utansınlar. Millətimi bu hala salmaqalrından utansınar. Millət məəttəl qalır ona… Onlar utansınlar ki, belə intiriqa yaradırlar, onun hər kəsi hədələyən “zopa” qoluna, nalayiq sözlərlə sənət admalarını təhqir edən dilinə qüvvət verirlər. Dilinə sahib olmayan, özünə vurğun, “mənəm-mənəm” deyən İlhamə xəstədir, xəstəxanalıqdır. “Şöhrət” ordenini mən başa düşə bilərəm. Çünki o, cavanlıqdan şöhrətdən qıtlıq çəkməyən şöhrətin sahibidir. İlhaməyə deyirəm, ürəyindən məhkəmə keçsə, sənə veriləsi heç nəyim yoxdur. Bircə dəmir barmaqlar arası qalıb… Ona da ki, öyrəncəlisən. Şübhə etmirəm ki, Azərbaycana bu rəzaləti də, yaşadacaqsan” – deyə F.Kərimova deyib.

Xatırladaq ki, bütün bu mübahisələrə səbəb İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuata göndərdiyi məktubda şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılır:

“İlhamə Quliyevanın sifarişi ilə həbs olunmuşam. Məni onu öldürmək və mülkinə sahib olmaqla təqsirləndirir. Bu əslində belə deyil.

Xoşuna gəlməyən hər kəsi şantaj edərək bahalı zinət əşyaları və ya pul almayınca heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi.

Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi”.

Bu məktuba “İnstagram”da münasibət bildirən Aygün Kazımova yazıb:

“Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”.

İlhamə Quliyeva isə buna cavabında Aygün Kazımovanı “bədbəxt qadın” adlandırıb:

“Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır”.

Qeyd edək ki, Aygün Kazımova İlhamə Quliyevanın Hacı Məmmədovla fotosunu da redaksiyamıza təqdim edib.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın