Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Fikrət Qoca diplom qalmaqalından DANIŞDI: “Adam gərək özünə hörmət qoysun!”

Fikrət Qoca diplom qalmaqalından DANIŞDI: “Adam gərək özünə hörmət qoysun!”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir – red.) saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb.
 Saman Həsənzadə AYB-nin adından əsasən Güney Azərbaycandan olan və Bakıda uğur qazanmaq istəyən yaradıcı insanlara 150 manata saxta diplom satır. Diplomun – Fəxri Fərmanın üzərində onu təqdim edən orqan kimi Azərbaycan Yazıçılar Birliyi göstərilir.

Fəxri Fərmanda möhür olsa da, qurumun sədri, Xalq yazıçısı Anarın imzası yoxdur. Bu da sözügedən Fəxri Fərmanın saxta olduğunu deməyə əsas verir.
Bu saxta “Fəxri fərman”lardan birinə sahib olan təbrizli aşıq Purismayıl Qaraxanlı iki il öncə onu 150 manat ödəməklə aldığını təsdiqləyib.

Həmçinin bildirib ki, S.Həsənzadənin güneyli sənət adamlarına və yazıçılara “böyük qayğısı” bununla kifayətlənmir. S.Həsənzadə onları müxtəlif “dərnək”lərə, “federasyon”lara üzv yazdıraraq, ildə 50-70 manat miqdarında üzvlük haqqı da alır.

Bu qurumların fəaliyyəti və onlara görə alınan üzvlük haqqının Azərbaycan qanunvericiliyinə uyğun olub-olmadığı isə bəlli deyil.

Birliyin təmsilçisi Xəyal Rzazadə  açıqlamasında hazırda məsələ ilə bağlı araşdırmaların getdiyini bildirib:

“Məlumatın nə dərəcədə dəqiq olub-olmadığını yoxlayırıq. Rəhbərlik məsələ ilə bağlı məlumatlandırılacaq. Qərar əsasında ictimaiyyətə məlumat verəcəyik”.  

AYB-dəki sözügedən qalmaqalla bağlı qurumun  katibi, Xalq şairi Fikrət Qoca ilə əlaqə saxladıq. O, məsələni böyütməyin əleyhinə olduğunu deyib:

“Mənə görə boş-boş söhbətlərdir. Bunlar bekarçılıqdan tirajlanan, yayılan xəbərlərdir. Biz öz dərdlərimizi unutmuşuq. Hamı özünü yaxşı adam kimi təqdim etməyə çalışır.
Deməli, Azərbaycanda pis insan yoxdur. Adam gərək özünə hörmət qoysun. Başqasına isə daha çox ehtiramla yanaşsın. Hər kəs başqasını tərbiyələndirməyə çalışır.

Lakin fərd öncə özü-özünü tərbiyələndirməlidir. Yoxsa, ağzına nə gəldi danışmaqla iş düzəlmir. Saymanın başına min iş gəlib və həmişə də. Bizim üstümüzə qaçıb. Nə edək? Hər halda məsələ araşdırılır, deyilən ittihamların həqiqiliyi yoxlanılır”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …