Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / FİFA-da daha bir skandal: “Blatter mənə 5 milyon verdi…”

FİFA-da daha bir skandal: “Blatter mənə 5 milyon verdi…”

İrlandiya Futbol Federasiyasının prezidenti Con Delaney, 2009-cu ildə Fransa ilə oynadıqları play-off matçındakı qalmaqal qoldan sonra, FİFA-nın onlara 5 milyon avro ödədiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, 2010-cu ildə Dünya Çempionatına vəsiqə əldə etmək üçün Fransa və İrlandiya komandaları play-off-da qarşılaşmışdılar. İlk oyunda Fransa 1-0 qalib gələrkən, 2-ci maçtda İrlandiya 1-0 önə keçmişdi. Bundan sonra qalmaqallı bir hadisə baş verdi. Fransa yığmasının hücumçusu Tyeri Anri əli ilə topu qarşısına ataraq qol vurdu. Lakin hakim bunu qol saymışdı. Bu hadisə uzun müddət FİFA-nın sərt tənqidinə səbəb olmuşdu.

Bu hadisənin üstündən 6 il keçdikdən sonra , maraqlı bir detal ortaya çıxdı. İrlandiya Futbol Federasiyasını prezidenti Con Delaney FİFA-nın onları məhkəməyə verməməsi üçün, İrlandiya Futbol Federasiyasına 5 milyon avro pul verdiyini deyib.

“Həmin vaxt FİFA prezidenti Blatter mənə məhkəməyə müraciət etməməyimiz müqabilində 5 milyon avro ödədi. Bu İrlandiya Futbol Federasiyası üçün mühüm və yaxşı idi”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın