Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Fidan Lukaşenko ilə görüşdü – Fotolar + Video

Fidan Lukaşenko ilə görüşdü – Fotolar + Video

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçiriləcək “Junior Eurovision” müsabiqəsinin iştirakçıları ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, onlar İstiqlal Sarayında bir araya gəlib.  

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanı yarışmada təmsil edən Fidan Hüseynova da olub.  Yığıncaqda A. Lukaşenko bütün iştirakçılara uğur diləyib və onların hər birinin qalib olduğunu qeyd edib.

Qeyd edək ki, müsabiqə 25 noyabrda Minsk Arenada baş tutacaq, yarışmada 18 ölkə nümayəndəsi canlı olaraq çıxış edəcək. Təmsilçimiz F. Hüseynova isə səhnədə “I wanna be like you” mahnısını səsləndirəcək.

 



Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …