Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Aktual / FHN-nin bütün qadın işçiləri HƏDƏFƏ ÇEVRİLDİ – NAZİRDƏN QADAĞALAR…

FHN-nin bütün qadın işçiləri HƏDƏFƏ ÇEVRİLDİ – NAZİRDƏN QADAĞALAR…

Son günlər Fövqalədə Hallar Nazirliyi ətrafında cərayan edən hadisələr qrumun yeni addımlar atmasına səbəb olub.

Nazirlik rəsmiləri qeyri-rəsmi olaraq xanım əməkdaşlar üçün müəyyən qaydalar tətbiq etməyə başlayıblar. Sosial şəbəkələrdə yayılan məlumata görə, xanım əməkdaşlara dırnaq uzadılması, aşırı makiyajla işə gəlmək, bəzək əşyalarından istifadə tamamilə qadağan edilib.

Soisial şəbəkələrdə yayılan bu iddiaları təkzib və təsdiq edən hansısa rəsmi bir məlumat yoxdur.

Qeyd edək ki, iki gündür ölkə gündəmində olan əsas mövzulardan biri də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasında çəkilən görüntülərdir. Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə xanımla öz kabinetində cinsi münasibətdə olub və bu görüntüləri lentə alaraq saxlayıb.

Böyük rezonansa səbəb olan hadisədən sonra Zaur Mirzəyev və görüntülərdəki xanımlar nazir Kəmaləddin Heydərovun əmri ilə işdən uzaqlaşdırılıblar. Zaur Mirzəyevin rütbəsi əlindən alınıb və onunla bağlı Baş Prokurorluqda araşdırmalar başladılıb.
 //azxeber.com// 

Həmçinin oxuyun

Prezident ölkədə COVID-19-la bağlı vəziyyətdən danışdı

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və …