Ana səhifə / Aktual / FHN-də qalmaqallı kitabla bağlı araşdırma başladı

FHN-də qalmaqallı kitabla bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub. 

Azinforum.az  Criminal.az-a istinadən xəbər verir ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ”Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb.

Kitabın səhifələrindən birində müəllif yazıb: ‘‘Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar”.

Daha sonra müəllif yazır: ‘’40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.

Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: ”Çalışın təzə maşın alın.Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.

Müəllif başqa bir səhifədə yazır: ”Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”. 

Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində “əsaslandırıb”: ”Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlıarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kitabın yaratdığı reaksiya ilə bağlı məlumat artıq FHN rəhbərliyinə çatdırılıb və müəlliflə bağlı araşdırma başlanılıb.




Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …