Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / FHN Bakıda məcburi köçkünlərin yaşadığı binadakı yanğın haqda

FHN Bakıda məcburi köçkünlərin yaşadığı binadakı yanğın haqda

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub və alov söndürülüb.

***15:25

Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada Səidə Səfərovaya aid ev yanıb.

Birinci mərtəbədə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı digər evlərə də ziyan dəyib.

Yanğın zamanı ikisi uşaq olmaqla ümumilikdə 7 nəfər tüstüdən yüngül zəhərlənib. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Toksikologiya şöbəsindən bildirilib ki, onlar bu gün evə buraxılacaqlar.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …