Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Aktual / Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq? – Açıqlama

Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq? – Açıqlama

“İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır”.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Həmçinin bildirilib ki, “İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə, onun “İmmun sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Bu səbəbdən fevralın 15-dən həmin şəxsin “Peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq/APA.

Həmçinin oxuyun

Dinc durmayan ƏLİN QURBANI… – Hüseynbala Mirələmov HARALARDADI?

Bu dəfə sabiq deputat Hüseynbala Mirələmovun haralarda olduğunu öyrənməyə çalışdıq.Keçmiş deputat, siyasətçi, yazıçı, professor… Mətbuat …