Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / Federasiya prezidenti şirkət rəhbərini döydü

Federasiya prezidenti şirkət rəhbərini döydü

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan “Air Armenia” aviaşirkətinin rəhbəri Arsen Avetisyanı döyərək xəstəxanalıq edib.

 Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, Ermənistan baş prokurorluğunun yaydığı məlumatda deyilir ki, A.Avetisyan futbol akademiyasında olarkən federasiyanın prezidenti tərəfindən döyülüb. Burun sümüyü sınan Arsen Avetisyan güclü qanaxma və ağır kəllə- beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

“Air Armenia” şirkətinin rəhbəri akademiyada olarkən R.Ayrapetyan və onun cangüdənləri tərəfindən döyüldüyünü bildirib. Federasiyanın prezidenti isə A.Avetisyanı tək döydüyünü və qarşıdurma zamanı cangüdənlərinin orada olmadığını bəyan edib. Münaqişənin pul borcuna görə yarandığı bildirilir.

R.Ayrapetyan sonradan ifadəsindən imtina etdiyi üçün federasiyanın prezidenti məhkəmə qarşısında çıxış etməyəcək.

Mətbuatın yazdığına görə, son vaxtlar Ermənistanda məmur özbaşınalığı dözülməz həddə çatıb. İndi ölkədə adi vətəndaşların deyil, ayrı-ayrı şirkət rəhbərlərinin, məmurların da tez-tez döyülməsi adi hal alıb.

 

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …

Bir cavab yazın