Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Fazil Mustafadan ikiüzlü həmsədrlərlə bağlı ilginc açıqlama: “Nə qədər ki, Azərbaycan…”

Fazil Mustafadan ikiüzlü həmsədrlərlə bağlı ilginc açıqlama: “Nə qədər ki, Azərbaycan…”

“Xarici güclərə bağlı ünsürlərdən təmizlənmiş güclü ordu və bölgədə əlverişli geosiyasi vəziyyətin yaranması…””Biz Qarabağ məsələsinin müzakirəsindən uzaq tutulmuş xalqı bu müzakirələrin içində qaytarmalıyıq”

Mənfur ermənilərin dünyanın dörd bir yanında çeşidli himayədarları azmış kimi guya Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş hər üç həmsdər ölkə də həyasızcasına açıq-aşkar ermənipərəst mövqe sərgiləməkdədir.  MDB Ölkələri İnstitutunun direktoru, Dövlət Dumasının deputatı Konstantin Zatulunin ardından bu dəfə də Amerikanın Azərbaycandakı səfiri Örl Litzenberqer ötən gün açıqca etiraf edib ki, Vaşinqton sanksiya tətbiq etməkdənsə hər iki münaqişə tərəfi ilə işləməyə üstünlük verir. Bu açıqlamanın işğalçıya haqq qazandırmaqdan başqa adı və şərhi yoxdur.
Görəsən, Azərbaycanın bu cür ikiüzlü həmsədrlərin ayı xidmətindən imtina etmək imkanı heçmi yoxdurmu?
Millət vəkili Fazil Mustafanın mövzu ilə bağlı Moderator.az-a şərhindən də belə anlaşılır ki, vəziyyət heç də ürəkaçan deyil və ümid Allaha, bir də millətimizin qeyrətinə qalıb:

“Dağlıq Qarabağ məsələsinin həllində həqiqətən ABŞ, Rusiya və Fransa başda olmaqla bir çox Qərb dövlətləri maraqlıdır. Lakin bu maraq Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi üzərində qurulub. ATƏT-in Minsk qrupu da bu marağı təmin etmək üçün yaradılıb. Bizi də zəif durumumuza görə bu prosesin içində əsəb gözələntisinə düçar ediblər. Hər nə qədər ki, Azərbaycan Dağlıq Qarabağın qaytarılması üçün israrını davam etdirir, bu əsəb mübarizəsi davam edəcək. Zatulinin açıqlamalarına da bir rus siyasətçisinin səfeh danışıqları kimi baxmaq olmaz. O, da rəsmi Rusiyanın siyasətinin mahiyyətində yatan görüşləri dilə gətirir. Poznerin də səfehləməsi bununla eyni mahiyyətdədir. Bizim bu maraqları alt-üst etmək üçün iki faktor önəmlidir: xarici güclərə bağlı ünsürlərdən təmizlənmiş güclü ordu və bölgədə əlverişli geosiyasi vəziyyətin yaranması. Bunlar bir-biri ilə sıx əlaqəli məsələlərdir. Güclü ordu yarana bilər, ancaq əlverişli geosiyasi situasiya olmadığından uğur qazanmaq çətin olar. Və yaxud da əksinə. Əlverişli durum yaranar, bu işi çözməyə yetkin ordu gücü olmaz. Bu cür açıqlamalar bizlərə qarşı həm də psixoloji savaşın tərkib hissəsidir. Ona görə də biz Qarabağ məsələsinin müzakirəsindən uzaq tutulmuş xalqı bu müzakirələrin içində qaytarmalıyıq, Qarabağ problemini hər anında, hər günündə, məişətində belə yaşayan bir xalqı diriltməliyik. Bu komponentlər bir araya gətirilərsə, bu işğal reallığını dəyişə bilərik”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …