Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / Fazil Mustafa ikinci dəfə əməliyyat olundu

Fazil Mustafa ikinci dəfə əməliyyat olundu

Ötən gün evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa bu gün ikinci dəfə əməliyyat olunub.

Bu barədə deputatın köməkçisi Əjdər Əliyev məlumat verib.

O qeyd edib ki, F. Mustafa əvvəlcə Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub: “Lakin çiyin nahiyəsindən aldığı yarada yarana biləcək problem səbəbindən köçürüldüyü klinikada növbəti dəfə əməliyyat edildi. Hazırda əməliyyatdan çıxıb və səhhətini normal hesab eləmək olar. Özünü yaxşı hiss edir”. 

Qeyd edək ki, deputat Fazil Mustafa ötən gün saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Həmçinin oxuyun

İraqda bir günlük matəm elan edilib

İraqda bir günlük matəm elan olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq …