Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / “Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib” – Vahid Əhmədov etiraz etdi

“Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib” – Vahid Əhmədov etiraz etdi

“2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və “Təhsil Kreditləri haqqında” qanunu da daxil etmək lazımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi qəbul edilməlidir: “Bu, çox ciddi məsələdir. Bununla bağlı həmkarım Əli Məsimli ilə qanun layihəsini təkmilləşdirmişik”.

Millət vəkili koronavirusla bağlı danışarkən qeyd edib ki, dövləti qapatmağın, ölü dövlətə çevirməyin tərəfdarı deyil: “İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz. Əgər iş yerlərinin hamısını qapatsaq, bu insanlar necə dolanacaqlar?! Dünən həmkarım Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib. Amma bu, yolverilməzdir. Bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur”.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …