Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Fazil Məmmədov “American Hastanesi”nə yerləşdirilib

Fazil Məmmədov “American Hastanesi”nə yerləşdirilib

Sabiq nazirin həkimi: “Normal, sağlıqlıdır…”

2 ay əvvəl Gəncədəki xəstəxanaya yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov ölkədən müalicə adı ilə çıxıb. Onun Türkiyəyə, oradan isə ABŞ-a aparılması xəbəri yayılıb. Vəzifədən çıxarılandan sonra Fazil Məmmədovun  səhhətində ağırlaşmalar baş vermişdi və onu bu ilin aprelində Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirmişdilər. Fazil Məmmədovun həmin xəstəxanada bir neçə xəstəlikdən müalicə olunduğu bildirilirdi. Qeyd olunurdu ki, Fazil Məmmədov nazir olduğu dönəmdə hər ay həkim nəzarətində olub. Yayılan son məlumatlar da əvvəl yazıqlarımızı təsdiqləyir.

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”. Bu sözləri modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib.

Amerikan Hastanesi ile ilgili görsel sonucu

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasında “American Hastanesi”nə yerləşdirilib.

F.Məmmədovun qohumlarının “APA-Economics”ə verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı Gəncədəki xəstəxanaya yerləşdirilmişdi. Həmin xəstəxananın Fazil Məmmədova məxsus olması haqda bu günə qədər təkzib edilməyən məlumatlar var. Bildirilirdi  ki, onun müalicəni Türkiyədən və İsraildən çağırılan həkimlər həyata keçirirlər. Fazil Məmmədov hələ nazir olduğu dövrdən həmin həkimlərin nəzarətində imiş. Ölkədən çıxışı yasaq olunduğundan Fazil Məmmədov həmin həkimlərin qəbuluna gedə bilmir deyə, həkimlər xüsusi təyyarə reysləri ilə Gəncəyə gəlib onu müalicə edirlər. Fazil Məmmədov Azərbaycanda olduğu dövrdə belə iddialar da vardı ki, sağlıq durumunun ağırlaşması və xəstəxanaya yerləşdirilməsi onun ölkədən çıxmaq istəyi ilə əlaqədar olub. Bildirilirdi ki, Fazil Məmmədov xəstəliyini qabartmaqla ölkədən çıxışına olan qadağanı aradan qaldırmağa can atıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …