Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / FAZİL MƏMMƏDOVDAN XƏBƏR VAR- Xəstəliyinin səbəbi spirtli içki ilə bağlıdır

FAZİL MƏMMƏDOVDAN XƏBƏR VAR- Xəstəliyinin səbəbi spirtli içki ilə bağlıdır

Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb.Modern.az xəbər verir ki, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

“AzPolitika.info” qeyd edir ki, Gəncə Beynəlxalq Hospitalı F.Məmmədova məxsusdur. Ona görə də səhhətilə bağlı mütəmadi olaraq orada müalicə alıb.

Eyni zamanda, xəstəxanadan F.Məmmədovun pankreatit xəstəliyindən əziyyət çəkdiyi bildirilib:“Onun qaraciyər serrozundan əziyyət çəkdiyi haqa məlumatlar yalandır. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandı. Amma onun vəziyyəti ağır deyildi. Sadəcə pankreatit təhlükəli xəstəlikdir. Şükür ki, tez bir zamanda müalicəsi uğurlu alındı…”

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir.Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Həmçinin oxuyun

“Ekologiya postu”na yeni rəis təyin edildi – Vilayət Eyvazov tağım komandirinə yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət …