Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 minə

Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 minə

Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.

Bakıpost.az-ın xəbərinə görə, keçmiş nazir bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir.

F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Diskoveri” maşını satılıb. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.

Keçmiş nazirin təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxardığı bildirilir.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …