Aznews.az xəbər verir ki, bunu “Favorit” supermarketin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev “del Gerani” təxəllüsü ilə tanınan yazarın sözügedən marketlə bağlı ittihamlarını şərh edərkən deyib. Menecer bildirib ki, Şəhriyar del Gərani adlı facebook istifadəçisindən şirkətə heç bir şikayət daxil olmayıb:

“Ümumilikdə isə marketlərdə çalışan hər bir satıcıya “Araz təlim və inkişaf mərkəzi” tərəfindən müştəri ilə davranış kodeksi, etik davranış kodeksi və s. mövzularda təlim və seminarlar keçirilir. Müştərilərimiz hər hansı bir satıcı barədə şikayət edərsə, şikayət Müştəri Xidmətləri Şöbəsi və İnsan resursları departamenti tərəfindən araşdırılır. Əgər neqativ hal baş veribsə personala xəbərdarlıq olunur və etik davranış barədə yenidən təlimatlandırılır. Mağaza personalının dərhal işdən azad olunması isə absurddur. Şəhriyar del Gərani adlı facebook istifadəçisindən şirkətimizə heç bir şikayət daxil olmayıb. Facebookda yazdığı statusun əsası yoxdur. Məqsədi nədir bilmirəm. Əgər şikayəti varsa bizə bildirə bilər. Bizim üçün bütün müştərilər dəyərlidir”.

Qeyd edək ki, Şəhriyar del Gərani sosial şəbəkədə ““Favorit” supermarketin satıcısının ona qarşı kobud rəftarına görə işdən çıxartdırdığını bildirib.