Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Fatmeyi-Zəhra Məscidindəki qulaqbatıran azan səsindən səlahiyyət sdahiblərinə MÜRACİƏT…

Fatmeyi-Zəhra Məscidindəki qulaqbatıran azan səsindən səlahiyyət sdahiblərinə MÜRACİƏT…

Qaradağ rayonu Sahil qəsəbəsinin bir qrup sakini Moderator.az-a müraciət edib.

Sakinlər qəsəbədəki məscidi idarə edənlərin davranışlarından narahatlıqlarını ifadə edirlər. Bildirilir ki, namaz vaxtlarında azan səsi normadan bir neçə dəfə artıq verildiyindən onların əsəbləri pozulmağa başlayıb.

Eyni zamanda o da vurğulanır ki, verilən azan səsindən əlavə də bəzi dualar qulaqbatıran səslərlə yayıldığından azyaşlı uşaqların və ağır xəstə yatan adamlar üçün bezdirici vəziyyət yaranıb. Sakinlər yaranmış duruma əncam çəkilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam Allahşükür paşazadənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məsələyə müdaxilə etmələrini xahiş edirlər.
Redaksiyadan: Biz də öz növbəmizdə hörmətli səlahiyyət sahiblərinə müraciət edərək sakinlərin şikayətinin yerindəcə araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirik. Ümid edirik ki, məsələ yubanmdan həllini tapacaq.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …