Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Fairmont”da karantini pozanlardan biri jurnalistləri təhqir etdi — VİDEO

“Fairmont”da karantini pozanlardan biri jurnalistləri təhqir etdi — VİDEO

Bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən şəxslərdən biri jurnalistləri təhqir edib.


Demokrat.az-ın xəbərinə görə, ad və soyadı məlum olmayan şəxs “İnstagram” hesabında yaydığı videoda həqarətlə çıxış edib.


“Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”, deyə o bildirib.


Qeyd edək ki, bu gün “Fairmont Baku” hotelində polis əməkdaşları əməliyyat keçirib. Karantini pozan şəxslərin kimliyi müəyyənləşdirilir. (“Report”)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …