Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Facebook”dan yenilik – Evlənəcəyiniz adamı tapacaqsız

“Facebook”dan yenilik – Evlənəcəyiniz adamı tapacaqsız

“Facebook” bundan sonra fəaliyyətini dəyişir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra ailə qurmaq istədiyiniz şəxsi “Facebook”dan tapa biləcəksiniz. İstifadəçilər mövcud profillərlə əlaqəli olan, sevgi münasibəti qura biləcəkləri başqa bir profil də aça biləcəklər. Bu profili istifadəçinin dostları görməyəcək.

Daha sonra “Facebook” alqoritmi uyğun namizədləri seçmək üçün istifadəçilərin siyahısını göndərəcək. Sosial şəbəkənin qurucusu Mark Zükerberq bu xidmətin də pulsuz olacağını, şəxsi məlumatların isə tamamilə gizli saxlanılacağını deyib:

“Bu özəllik sayəsində müvəqqəti deyil, əsl və uzunömürlü münasibətlər qurulacaq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …