Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Facebook”da paylaşımlarımız niyə getdikcə daha az insana çatır?!

“Facebook”da paylaşımlarımız niyə getdikcə daha az insana çatır?!

Çoxunuz yəqin ki, bu problemlə üzləşmisiniz. Məsələn , 30 minlik səhifəniz var. Paylaşım edirsiz və etdiyiniz paylaşım cəmi səhifənin 3 vəya 5 faizinə çatır. Bəs yerdə qalan 97% insan hardadır? Sosial şəbəkədən artıq istifadəmi etmir ? Bütün bunların səbəblərindən yazacam.Mən 2008-ci ildən “Facebook”dan istifadə edirəm. O zamanlar, səhifələrdəki istifadəçi sayı çox az olsada bu adminlər üçün problem yaratmırdı. Hər hansı bir statusumuzu səhifəmizdə olan demək olar ki, hər kəs görürdü. Doğrudur , o zaman çatdırılma haqqında informasiya statuslarda indiki kimi aydın şəkildə görünmürdü. Ancaq statusun bəyənilmə sayından , rəylərdən və paylaşımlardan bunları görmək olurdu.2014-cü ilə çatdıqda isə “Facebook”da haqqında yazdığımız bu problem meydana çıxdı. Əslində buna problem demək olmaz. Hər nə qədər biz səhifə adminləri üçün problem sayılsa da.

Sosial şəbəkənin paylaşımlarının insanlara çatdırılma faizi getdikcə aşağı düşməyə başlayır. 2014-cü ildən başlayan bu azalma 2017-ci ilin noyabr ayında pik həddinə çatıb. Beləki , yuxarıda qeyd etdiyim misala uyğun nəticə əldə olunur.

Səbəbləri :

“Facebook” rəhbərliyi etdiyi açıqlama da bunun  səbəbi belə izah edir : Sosial şəbəkədə səhifələrin sayı getdikcə artmaqdadır. Bu səhifələrin bir çoxu istifadəmçi saylarını müxtəlif yollarla artırırlar. İstər eyni adlı səhifələrin birləşməsi istərsə də , müxtəlif virus proqramlarla user sayının artırılması. Birinci qeyd etdiyimiz kateqoriyadan olan insanların səhifəyə cəlb olunmasında qanuni olaraq heç bir problem yoxdur. Ancaq onların əvvəl bəyəndikləri səhifə əyləncə kateqoryasında idisə, yenidən adı dəyişmiş səhifə başqa kateqoriyaya aiddir. Həmin istifadəçilərin bir çoxu öz profillərində “sevdiyi , xoşladığı ” informasiyalar haqqında məlumatlar yerləşdirib. Facebook filtirləri bu məlumatları seçərək həmin istifadəçinin yanlız o tip məlumatları görməsinə çalışır. Fərqi yoxdur , həmin istifadəçi digər kateqoriyadan olan hər hansı səhifəni bəyənib ya yox. Bununla da səhifənin paylaşımları daha az insana çatır. Bundan əlavə istifadəçilər Ana Səhifələrində bəyəndikləri paylaşımlara uyğun da filtirləmə aparılır. Yəni , mən əgər “Feed” də qarşıma çıxan hansı paylaşımları bəyənirəmsə , şəbəkə növbəti dəfə yenə o kateqoriyadan olan paylaşımları qarşıma çıxarır. Buda səhifələrin çatdırılma sayını olduqca aşağı düşməsində rol oynayır.

İkinci bir səbəb :

“Facebook” hər zaman, bütün bunları reklam satmaq üçün etmədiyini desə də bu inandırıcı görünmür. Şəbəkənin günü-gündən artan reklam şərtləri və asan reklam üsulları buna bariz nümunədir. Artıq paylaşımımızı , səhifəmizin müəyyən hissəsinə çatdırmaq üçün şəbəkənin ödənişli reklamlarından istifadə etməliyik.

 

Bəs bütün bunlara baxmayaraq ödənişsiz, çatdırılma sayını necə artırmaq olar ?

Bunun üçün dünyanın bir çox məşhur sosial şəbəkə menecerləri tövsiyyələr edir :

1. Paylaşımlarda link sayını azaltmağa çalışın. ( Yəni hər hansı saytın məlumatı paylaşanda çatdırılma birə on azalır)

2. Video paylaşımlara üstünlük verin. ( Son zamanlar ölkəmizdə də bunun  şahidi oluruq. Ən mənasız videolara minlərlə bəyənmə gəlir )

3. Uzun statuslar yazmayın. ( Statuslarda hərf sayı maksimum 70 olsun)

 

4. Çatdırılma sayının artmasına kömək edən ən əsas şey “rəy”lərdir. Ona görə paylaşımlarımızı sorğu şəkilində edək , insanlar rəy bildirsin.Bütün bunlara əməl etdikdən sonra sizin səhifənizin paylaşımları istifadəçilərə əvvəlkindən daha çox çatacaq.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …