Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Fəzail İbrahimli: “Seçici deyir, bu hökumətin Göytəpənin iki küçəsini qazla təmin etməyə gücü çatmırmı”

Fəzail İbrahimli: “Seçici deyir, bu hökumətin Göytəpənin iki küçəsini qazla təmin etməyə gücü çatmırmı”

“Güman edirəm ki, yeni təyin olunmuş kadrlar “gözü çıxmıış qardaş”larından ibrət dərsi götürüb bu millətə, bu dövlətə sədaqətlə xidmət edəcəklər”. Deputat Fəzail İbrahimli bu fikirləri Milli Məclisdəki çıxışında hökumətin yeni üzvlərinin təyinatından danışarkən bildirdi.

O qeyd etdi ki, bu ölkənin ən böyük sərvəti ölkəmizdə yaradılmış sabitlikdir: “Biz bu gün nəyimimz varsa, ortalığa qoyub bu sabitliyi qorumalıyıq. Amma elə boşluqlar yaranır ki, bundan da hansısa qüvvələr yararlanmağa cəhd edirlər. Məsələn, mən Kəmalidövlənin Cəmalidövləyə yazdığı məktubların sayı qədər Göytəpə şəhərindəki iki küçədə qazın olmaması barədə rəsmi orqanlara məktub yazmışam. Hansısa məmurun səhvi ucbatından iki küçənin sakinləri qazsız qalıb. Amma yazdığım məktublar bir orqandan başqasına göndərilir. Cavab gəlir ki, bizim maliyyə nəzərdə tutulmayıb oranı qazlaşdırmaq üçün. Axı, mənim seçicimin suallarının cavabı deyil bu. Seçici deyir dünyanı biz qazla təmin edirik, amma bu hökumətin Göytəpənin iki küçəsini qazla təmin etməyə gücü çatmır. Bu hökumətin doğrudanmı iki küçəni qazlaşdıracaq qədər vəsaiti yoxdur? Təsəvvür edin, sağında qaz yandırır, solunda qaz yandırır, ortada iki küçə, 400 ailə eşşəklə odun gətirib yandırır. Maliyyə naziri cənab Samir Şərifov getdi, amma digər hökumət nümayəndələri iclasda iştirak edir. Xahiş edirəm, hökumət üzvləri bu məsələni qeydə alsın, problemi həll etsin, mən də üzüağ gedib ora çıxa bilim. Yoxsa 20 ildir onlarla görüşə gedə bilmirəm”.

F.İbrahimli digər problemə də diqqət çəkdi: “Göytəpə şəhərində bir xəstəxana yoxdur. Müharibə dövründə hospital olan binadan xəstəxana kimi istifadə olunur”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …