Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Fəxrəddin başıma elə oyunlar açır ki̇, heç bir müğənni ona dözməz, boşanar” – Xatirə İslam

“Fəxrəddin başıma elə oyunlar açır ki̇, heç bir müğənni ona dözməz, boşanar” – Xatirə İslam

Ötən gün primetime.az-da ekslüziv müsahibəsi maraqla qarşılanan tanınmış müğənni Xatirə İslam, bu dəfə həyat yoldaşı Fəxrəddin bəylə münasibətlərindən söhbət açdı. Ailəsinə, oğluna bağlı olan Xatirənin səmimi etiraflarına biganə qalmayın:

– Bəri-başdan deyim ki, sevməyib ailə quran xanımam. Fəxrəddinlə ilk görüşümü indiki kimi xatırlayıram. Etiraf edim, geyim-keçimi, ayaqqabılarının tərtəmiz olması diqqətimi cəlb elədi. Dişlərinin muncuq kimi olması da məxsusi vurğulamaq istəyirəm (gülür). Bir az naz edib, birinci dəfədən “hə” demədim. Cəmi bir gün fikirləşdim. Sabahsı dedim ki, razıyam. Beləcə ailə qurduq”.

Sevgisiz yuva quran Xatirə indi həyat yoldaşı ilə nəfəs aldığını deyir:

– Bu həyatda yəqin yaxşılıqlar eləmişəm ki,Allah mənim qarşıma belə bir həyat yoldaşı çıxardıb. Bütün sirrlərimi bilən yeganə insan Fəxrəddindir. Düşünün, sevməyib ailə qurduğum insandan indi bir an olsun, ayrı qala bilmirəm. Açıq deyəcəm, elə xarakterə sahib insanam ki, 10 il bundan əvvəl məni sevən insanla rahat görüşə bilərəm. Niyyəti pis olmayan insanları özümə düşmən saymıram. Kimin nə deyəcəyi, nə düşünəcəyi türklər demiş “umrumda deyil”. Xatirə sonradan sevdiyi yarını hər kəsdən , hətta doğma anasından da üstün tutur:

– Fəxrəddin dünya malında gözü olmayan bir adamdır. Anam bəlkə də bu dediklərimi oxuyub məndən inciyəcək. İnanın səmimiyyətimə, anamdan çox ona inanıram. Anam inciməsin, canım da ona fəda olsun. Atamdan, anamdan, bacımdan, qardaşımdan birinci mənim üçün odur. Mən elə adam deyiləm ki, yalandan ərimi tərifləyəm, hörmətə mindirəm.Ailə qurandan 6 gün sonra yoldaşıma rütbə verdilər. Onun mənə ehtiyacı yoxdur. Əgər onun yoldaşı Xatirə yox başqası olsa, o arvadını xan kefində dolandıracaq kişidir.

Xatirə deyir ki, ailəsinin dağılmamağı üçün əlindən gələni edir:

– Fəxrəddin bəzən mənim başıma elə oyunlar açır ki, heç bir müğənni ona dözməz, boşanar. Amma mən balamı düşünürəm. Kənardan elə görsənməsin ki, dilli-dilavər qızam, Fəxrəddin sakit təbiətli bir adamdır. Ailə içində onun sözü keçir.

Bir hadisəni danışım. Ad günümü evdə edirdik. Bir ailə dostumuz var, xanımdır. Fəxrəddinin ondan xoşu gəlmir yoxdur. Həmin xanımın bizə gəldiyini görəndə, yoldaşım evdən çıxdı. Gözlədi ki, qadın çıxıb getsin, sonra evə qayıtdı. Oğlumuzun1 yaşında da Fəxrəddin küsüb getmişdi.

Məclis başlayanda müğənni Rüfət Axundovun qonaqları salamlamaq üçün mikrafonu ona verəndə yanında ola bilmədim. Başım başqa qonaqlara qarışıq idi.

Hikkəsindən çıxıb restoranı tərk etdi. Sonra bizim ailə dostumuz arxasınca gedib onu gətirdi ki, ayıbdır, qayıt məclisə. İstənilən halda onu çox sevirəm və dırnağını dünyanın heç bir kişisinə dəyişmərəm”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın