Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Fətəliyevanın dairəsində ləğv edilən məntəqə sayı 5-ə çatdı

Fətəliyevanın dairəsində ləğv edilən məntəqə sayı 5-ə çatdı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

Həmin dairədən qeydə alınmış namizəd Rəfullayeva Samirə seçki dairəsi üzrə nəticələrin ləğv edilməsini istəyib. Namizəd bir sıra məntəqələrdə qanun pozuntularının və bununla bağlı videosübutların olduğunu qeyd edib.

Araşdırma zamanı qərara alınıb ki, 12,14,16,18 saylı seçki məntəqələrində seçki nəticələri etibarsız hesab olunmalıdır və MSK sözügedən məntəqələr üzrə nəticələri ləğv edib.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.

***

Namizəd iclasda çıxış edərək bildirib ki, 30 saylı dairədə məntəqələrdə heç bir namizədə protokol verilməyib: “ Dedilər ki, saat 12-də gəlib DSK-dan götürərsiz. Protokolların verilməməsi 1 saylı məntəqədə də olub. MSK sədri namizədin şikayət etdiyi 1 saylı məntəqədəki videogörüntüyə iclasda yenidən baxılmasını istəyib. Videogörüntüdən sonra M. Pənahov bildirib ki, 1 saylı məntəqənin də nəticələri etibarsız hesab edilsin. Beləliklə, ləğv edilən məntəqələrin sayı 5-ə çatıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …