Şənbə , Aprel 20 2024
Ana səhifə / “Fəhlə işləyirdim”- Tatlısəsdən “1 May” etirafı – FOTO

“Fəhlə işləyirdim”- Tatlısəsdən “1 May” etirafı – FOTO

1 May Beynəlxalq Zəhmətkeşlər günü Sovet dövründən fərqli olaraq, bizdə ümumiyyətlə, qeyd olunmur. Yalnız insanların nostalji dolu xatirələrində bayram kimi qalan 1 May qardaş Türkiyədə təmtəraqlı şəkildə keçirilir.
Moderator.az xəbər verir ki, türk musiqinin “imperator”u sayılan İbrahim Tatlısəs instaqram səhifəsində bu günlə bağlı maraqlı paylaşım edib. Uzun müddətdir ki, aldığı güllə yarası səbəbindən səhnə fəaliyyətini donduran Tatlısəs zəhmətkeş topluma müraciət etməklə özünün də bir zamanlar fəhlə işlədiyini yazıb. Həmçinin, bu faktı təsdiqləyən foto da paylaşıb:
“Ən gözəl qazanc alın təri ilə qazanılan halal qazancdır. Bir zamanların fəhləsi, bu günün isə iş adamı kimi arzu edirəm ki, əməyin və zəhmətkeşin qədri hər zaman bilinsin”.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın