Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Fədayə həbsdən öncə teleaparıcı ilə qalmaqal yaşayıbmış…

Fədayə həbsdən öncə teleaparıcı ilə qalmaqal yaşayıbmış…

Sevgisinin həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın ilə teleaparıcı Tahirə Məmmədqızı arasında qalmaqal yaşanıbmış.

Musavat.com-un əldə etdiyi məlumata görə, ifaçının həbsindən bir neçə həftə öncə teleaparıcının verilişində müğənni Tacir Şahmaroğluna Fədayənin şəxsi həyatı ilə bağlı sual verməsi onu özündən çıxarıb.

Proqramdan sonra müğənni aparıcı ilə əlaqə saxlayıb və ona hədə-qorxu gəlib. Bundan əlavə, T.Məmmədqızını evindən oğurlada biləcəyini deyib. Hətta yaşananlar haqqında “Space” telekanalının əməkdaşları və müğənni Tacir Şahmaroğlu da məlumatlıdır.

Məsələ ilə bağlı teleaparıcı ilə əlaqə saxladıq. O, hadisəni təsdiq etsə də, bu haqda danışmaq istəmədiyini deyib: “Bu haqda danışmaq istəmirəm. Onsuz da Fədayə həbsdədir. Onun haqqında hər sözüm Fədayəyə zərbə vurmaq olaraq başa düşüləcək. Aramızda qalmaqal yaşandı və bitdi. O, öz səhvini başa düşdü. Barışdıq. Allah yolunu açsın”.

Qeyd edək ki, bir müddət öncə Tahirə Məmmədqızının aparıcısı olduğu proqramda  Tacir Şahmaloğlu Fədayə Laçının şəxsi həyatından danışmışdı: “Mən xəbər tutdum ki, onun öz yoldaşı həbsxanadan çıxıb. Azadlığa çıxandan sonra onlar yenidən bir yerdə oldular. Mən də ona görə artıq qarışmadım. Dedim, bəlkə başqa cür başa düşər, ailədə söz-söhbət olar”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …