Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / FƏZAİL AĞAMALIYA QARŞI SALYANDA KİMLƏR İŞ ÇEVİRİR? – VİDEO

FƏZAİL AĞAMALIYA QARŞI SALYANDA KİMLƏR İŞ ÇEVİRİR? – VİDEO

Azinforum.az qarşıdan gələn parlament seçkilərilə bağlı araşdırmalarını davam etdirir. Xüsusilə də, “Çətin seçki dairəsi” rubrikamız çərçivəsində mandat qazanmaq arzusu toqquşa biləcək şəxslər barəsində ehtimallarımızı, təhlillərimizi və araşdırmalarımızı təqdim edirik. Qeyd edək ki, yaratdığımız yeni rubrika oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Bunu redaksiyamıza edilən telefon zənglərindən, göndərilən məktublardan hiss edirik. Bu günlərdə 60 saylı Salyan- Neftçala seçki dairəsi barədə namizədlərlə bağlı təqdim etdiyimiz materialdan sonra, yerli əhali bizi vəziyyətlə tanış olmaq üçün Salyan rayonuna dəvət etdi.

Qeyd edək ki, son iki çağırış parlament seçkilərində həmin dairəni millət vəkili kimi parlamentdə Fəzail Ağamalı təmsil edib. Ötən seçkilərdə mandat almaq arzusunda olanlardan biri də ATXEM deyilən bir təşkilatın sədri İlham İsmayılov olub. Əslən Salyandan olan İlham İsmayılov eyni zamanda iş adamıdır. Onun bu dəfədəki seçkilərdə mandat almaq istəyi daha qabarıq şəkildə özünü birüzə verir.

Azinforum.az bildirir ki, İlham İsmayılovun yeganə çəkindiyi  alternativ Fəzail Ağamalıdır. O, çox yaxın ətrafı ilə söhbətində dəfələrlə bildirib ki, Fəzail Ağamalı seçkiyə qatılmasa, elə bilin deputatınız mənəm. Biz bu  iddianın olmasına təbii yanaşırıq. Çünki seçki marafonu həm də bir yarışdır, iddian yoxdursa orda nə işin var?

ilham ismayilov

Azinforum.az xəbər verir ki, Fəzail Ağamalı seçkilərdə iştirak edib-etməyəcəyi barədə heç bir açıqlama verməyib. Bu günlərdə isə, onun yerinə həmin dairədən oğlunun namizədliyinin irəli sürüləcəyinə dair informasiya yayıldı. Təbiidir ki, yerli əhali həmin məlumatı qəzəblə qarşılayıb. Çünki deputatlıq monarxiya deyil ki, atadan oğula keçsin.

Ən maraqlısı isə budur ki, həmin məlumat daha çox Salyan rayon icra hakimiyyətinin aylıq “abunə ” haqqı ödədiyi saytlar tərəfindən tirajlandı. Hər halda, Salyan rayon icra hakimiyyəti və onun rəhbəri Tahir Kərimov haqda bir kəlmə də yazmayan saytların Fəzail Ağamalının oğlu barəsində dezinformasiyanı yayması maraqlı görünməyə bilməz.

Bir faktı da qeyd edək ki, Salyan rayonunda Fəzail Ağamalının deputat olmasını istəyənlərdən biri də tanınmış iş adamı Hacı Qurbandır. Əslən Qərbi Azərbaycandan olan həmin iş adamının İlham İsmayılovdan heç də xoşunun gəlmədiyi bildirilir.

Görünür ki, qarşı tərəf də sakit oturmayıb. Artıq bəzi redaksiyalara və Azinforum.az-a İlham İsmayılovun Salyan rayonunda xüsusi təyinatı olan bir aerodromun ərazisini özəlləşdirərək orada parniklər tikdirdiyi barədə məlumatlar göndərilib. Biz bu faktı araşdırdıq və məlum oldu ki, həmin xəbər hələ çox  əvvəl bəzi saytlar tərəfindən dövriyəyə buraxılıb. Ancaq İlham İsmayılov əlaqələrini işə salaraq məlumatın yığışdırılmasına nail ola bilib. Onun məhkəməyə deyil, mətbuatdakı əlaqələrinə müraciət etməsi də çox maraqlıdır.

tahir

 

Görünən odur ki, keçirilməsinə 2 ay qalan parlament seçkilərinin ən gərgin keçəcəyi dairələrdən biri  də 60 saylı  olacaq. Hakim partiyanın bu dairədən öz namizədini açıqlayandan sonra, mübarizənin daha açıq müstəviyə qədəm qoyacağı bildirilir.

Azinforum.az-ın reportyor qrupu Salyan rayonunda olarkən hazırladığı kiçik bir video və  foto reportajı təqdim edir:

fezfez1

Salyanın Xalac kəndində Fəzail Ağamalıya məxsus olduğu deyilən şadlıq sarayı

Azinforum.az yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırdır.

Rövşən Əli, Çinarə Seyidova,

Azinforum.az-ın reportyor qrupu

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …

Bir cavab yazın