Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / FƏZAİL AĞAMALIYA “HƏDİYYƏ” OLUNAN İSMAYIL AĞAYEV SÜRPRİZİNİN GİZLİNLƏRİ

FƏZAİL AĞAMALIYA “HƏDİYYƏ” OLUNAN İSMAYIL AĞAYEV SÜRPRİZİNİN GİZLİNLƏRİ

Azinforum.az “Çətin seçki dairəsi” rubrikasını davam etdirir.  Mübarizənin qızışdığı dairələrdən biri də 60 saylı  Salyan-Neftçaladır. Qeyd edək ki, sözügedən seçki dairəsindən hələ ki, MSK tərəfindən 2 nəfərin namizədliyi rəsmən qeydə   alınıb.

Onlardan biri – Ana Vətən Partiyasının (AVP) sədri,  hazırda həmin dairəni Milli Məclisdə təmsil edən Fəzail Ağamalıdır. İkinci şəxs isə – Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevdir. İndiyə kimi bu dairədən bir çox şəxslərin namizədliyini irəli sürəcəyinə dair məlumatlar gəzirdi.

Lakin YAP-ın həmin dairədən güclü namizəd göstərməməsi həmin adamlarda 60 saylının yenidən Fəzil Ağamalıya güzəştə gedilməsinə dair fikir yaratdı və onların çoxu mübarizəyə girişməmək qərarına gəldilər.

BDM sədri İsmayıl Ağayev isə, deputat seçiləcəyinə əmin kimi davranır. Azinforum.az-ın əldə etdiyi məlumata görə, İsmayıl Ağayevin namizədliyi təsadüfən ortaya çıxmayıb. Hazırda sözügedən dairədən rəsmi qeydiyyata alınan şəxslərin hər ikisi əslən Qərbi Azərbaycandandır.  Onu da qeyd etmək tam yerinə düşər ki,  Salyanda müxtəlif vaxtlarda dədə-baba yurdlarından deportasiya edilən çoxlu sayda qərbi azərbaycanlı yaşayır. Hətta namizədlərdən biri olan-İsmayıl Ağayevin valideynlərinin də Salyanın Qarabağlı kəndində yaşadığı bildirilir. Bütün bu faktorlar Fəzail Ağamalının millət vəkili seçilməməsində maraqlı olan qüvvələr üçün ciddi maneə yaratmaq üçün gözəl şans verir. İndiyə kimi yaşananlar və Azinforum.az-ın əldə etdiyi digər məlumatlar Fəzail Ağamalının yenidən həmin dairədən deputat seçilməsi  Salyanın icra başçısı Tahir Kərimovun da ürəyincə olmadığı təəssüratını yaradır. 

ismayil-agayev

Bu günlərdə İsmayıl Ağayevin namizədliyinin qeydə alınmamasına dair Dairə Seçki Komissiyasının çıxardığı qərarın dərhal MSK tərəfindən ləğv edilməsi bu şəxsin arxasında böyük dəstəkçilərin olmasına qəti şübhə yeri qoymur. Təbiidir ki, İsmayıl Ağayev arzuolunmaz persona olsaydı, MSK onun barəsində DSK-nın buraxdığı səhvə dair  belə çevik qərar verməzdi. Deməli, Fəzail Ağamalıya bu seçkidə İsmayıl Ağayev sürprizi “hədiyyə” edilib. Hələ ki, birinci raunddan qalib çıxan İsmayıl Ağayevdir.

Azinforum.az olaraq İsmayıl Ağayevin MSK-ya təqdim etdiyi şəxsi məlumatlarında  diqqətimizi bir məqam çəkdi. Qeyd edək ki, MSK-nın rəsmi saytında yerləşdirilən məlumatda İsmayıl Ağayevin bitərəf namizəd kimi qeydə alındığı göstərilir. Ancaq bir müddət əvvəl, KİV-lərdə İsmayıl Ağayevin Xanuseyn Kazımlının rəhbəri olduğu Sosial Rifah Partiyasında aparat rəhbəri vəzifəsinə təyin edildiyinə dair məlumatlar yayıldı.  İndi sual olunur:  “Sosial Rifah İ.Ağayevdən imtina edib, yoxsa, İsmayıl Ağayev partiyadan”. 

fez
Azinforum.az-ın partiyanın sədri Xanuseyn Kazımlı ilə əlaqə saxlamaq cəhdləri alınmayıb.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Vidadi 

Azinforum.az

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın