Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi – FOTOLAR

Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi – FOTOLAR

Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi.

Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin cox saylı seçicilərin iştirakı ilə ata ocağında oldu. Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanı ziyarət edildi.Şəhidlərin ruhuna dualar oxundu. 

Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirildi. Fəzail Ağamalı son dörd ildə  deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayandı. Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparıldı və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzuladılar.

Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qazilərilə keçirildi. 60-dan çox qazinin iştirak etdiyi görüşdə ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci Vitse – prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olundu. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparıldı.

Yüksək səviyyədə keçirilən görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzuladılar.  

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …