Bazar ertəsi , May 20 2019
Ana səhifə / Aktual / Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

Xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib.

” Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, AzTV-də “Günün Nəbzi” verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:

“Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fakto orda yoxam, de-yuri məni ordan xaric eləyin. Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın.O qurumda artıq heç kəs qalan deyil”.

Həmçinin oxuyun

Müəllim məsuliyyətsizliyi ucbatından dəhşətli qəza, şagird günlərdir komadadır – VİDEO, FOTO

Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov redaksiyamıza gələrək şikayətlənib. O, qeyd edib ki, …