Ana səhifə / Aktual / Fətullah Gülənlə bağlı Qafqaz Universiteti bağlandı, MADO niyə bağlanmır bəs?

Fətullah Gülənlə bağlı Qafqaz Universiteti bağlandı, MADO niyə bağlanmır bəs?

MADO-da iftar açmağın qiyməti 19 manat 50 qəpikdir.


Vaxtilə Azərbaycanda  Qafqaz Universiteti var idi. Və xeyli sayda tələbə-müəllim-alim cəlb etmişdi. 


Sonra Fətullah Gülən söhbətinə  görə, ləğv edildi. 


Yaxşı, Fətullah Gülənlə bağlı Qafqaz Universiteti bağlanırsa, niyə onun adı ilə bağlı restoranlar, banklar, otellər bağlanmır?


Məsələn, Ziraat bank niyə bağlanmır?


Deyərsiniz ki, bank söhbəti bir az qəlizdir. Bəs restoranlar şəbəkəsi kimi fəaliyyət göstərən və ayda milyonlarla dövriyyəsi olan şəbəkə necə fəaliyyət göstərir? 


Universitet vacibdir, yoxsa  restoranlar şəbəkəsi? 


Məlumat  üçün qeyd edək ki, MADO  restoranlar şəbəkəsi Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir. Mediada yayılan məlumatlardan bəlli olur ki, bu restoran əcnəbi müştərilərə xoş sifət göstərir, mədəni davranır, bizim yerli müştərilərə isə hörmətsiz yanaşır, kobud davranır. 

Adama deyərlər, ayə Fətullah, gəmidə oturub gəmiçiyə hörmətsiz yanaşırsan? 

MADO şəhərin mərkəzindəki əsas məkanları zəbt edib. 


Görəsən MADO hər ay nə qədər vergi ödəyir? 


MADO-nun Azərbaycandakı dostlarından biri də vaxtı ilə Prezident Administrasiyasında çalışan şəxs olub. 
Digər problem odur ki, son günlər MADO-da müştərilərdən soruşurlar ki, iftara gəlmisən, yoxsa..? Adama deyərlər nə fərqi, iftara gəlib, yoxsa bir çaynik çay içməyə ? Axı, sənin üçün nə fərqi?


Sözün qısası, MADO dini sektaya üstünlük verir. 


Burada iftarın qiyməti 1 nəfərə 19 manat 50 qəpikdir. Əgər pulun azdırsa, otura bilməzsən. Bəlkə mən 10 manatla iftar açmaq istəyirəm? 


Əlavə şərhə ehtiyac varmı?

Həmçinin oxuyun

“Ermənilərin verdiyi mina xəritələri 20-30 faiz doğrudur” – RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyinin mühəndis işləri şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Hacıyev ATV kanalına müsahibəsində deyib ki, …