Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Fətullah Gülən haqqında sensasion faktlar ortaya çıxdı – FOTOLAR

Fətullah Gülən haqqında sensasion faktlar ortaya çıxdı – FOTOLAR

Nurçu camaatının ABŞ-da yaşayan lideri və Türkiyədə paralel hökumət qurmaqda ittiham olunan Fətullah Gülən haqqında yeni faktlar ortaya çıxıb.

Modern.az “Yeni Şafak”a istinadən xəbər verir ki, Fətullah Gülənlə bağlı bu vaxta qədər qaranlıq qalan bəzi faktlar gün işığına çıxıb.Sözgedən nəşrin məlumatına görə Fətullah Gülən 1969-cu ildə Azad və Qəbul Edilmiş Masonlar lojası tərəfindən təltif edilib.

1948-1949-cu illərdə nəqliyyat naziri vəzifəsində çalışan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Qasım Gülekin (o, 1996-cı ildə vəfat edib)  Fətullah Gülən barədə məktubunda bu barədə danışılır.

Qasım Gülək məktubunda bildirib ki, Fətullah Gülən hər masonun xəyalı olan ən böyük medalı layiq görülüb. Fətullah Gülənin hərbi xidmətdə olarkən mason təşkilatları ilə təmasa keçdiyi qeyd olunur. Fətullah Gülən masonlarla əlaqəsi vasitəsi ilə Moon təriqəti , MOSSAD və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) çıxış əldə edir.

Məlumat üçün deyək ki, CHP-nin keçmiş baş katibi Qasım Gülək Fətullah Güləni Moon təriqəti və MKİ ilə tanış edən şəxs kimi tanınır.

Qasım Gülekin yazdıqlarından savayı başqa sənədlər də göstərir ki,  Fətullah Gülənin masonluq fəaliyyəti təkcə bununla məhdudlaşmır.

1975-ci il 25 mart tarixli sənədlərdən birində Fətullah Gülənin Mason Lojasından ayrılan bir qrup şəxslərlə əlaqəsi də buna dəlalət edir.  Belə ki, Fətullah Gülənin həmin insanların yaratdığı Türkiyə Böyük Mason Məhfilində sədaqət andı içdiyi bildirilir. Bu barədə yayılan və  Fətullah Gülənin dedikləri iddia olunan sənəddə yazılanları ixtisarla təqdim edirik:

“Kainat Ulu Memarının və bu mason ictimaiyyətinin hüzurunda öz arzu və iradəmlə səmimi olaraq and içirəm: Mənə öyrədiləcək və söyləniləcək masonluq sirlərini bir masondan başqasına və Mason Məhfili istisna olmaqla digər bir yerdə əsla bəyan etməyəcəyəm. Masonluq üçün çalışacağam və onun prinsiplərinə sadiq qalacağam”. (M. Fətullah Gülən)

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra keçmiş müttəfiqlər olan Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasında qızğın siyasi mübarizə başlandı. O zaman baş nazir vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, həmin əməliyyat nazirləri, dövlət strukturlarını hədəfə almaqla, ölkəni xaosa sürükləmək məqsədi daşıyıb.

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın