Cümə , Sentyabr 18 2020
Ana səhifə / Aktual / Fəttah Heydərov vəfat etdi

Fəttah Heydərov vəfat etdi

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

” Azinforum.az ” “BakuPost”a istinadən xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib.

Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

Xatırladaq ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub.

Həmçinin oxuyun

Azərbaycan hakimiyyətində FETO varmı?

Bu ilin iyul ayında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə mediasına açıqlamasında bildirmişdi ki, Azərbaycan …